Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.
Qurumdan ONN media-ya verilən məlumata görə, nəticələrə əsasən, imtahanda iştirak edən 1 655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib.
İmtahanların nəticələrinə və mövcud olan vakansiyalara uyğun olaraq keçid balları müəyyənləşdirilib.
Belə ki, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə keçid balı 28, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə keçid balı 25,
gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə keçid balı 25, psixoloq vəzifəsinə işə qəbul üzrə keçid balı 28, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üzrə keçid balı 26, laborant vəzifəsinə işə qəbul üzrə keçid balı 18, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə keçid balı 15 müəyyən edilib.
Müəyyən edilmiş keçid ballarına əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə 106, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə 54, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə 21,
psixoloq vəzifəsinə işə qəbul üzrə 40, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üzrə 54, laborant vəzifəsinə işə qəbul üzrə 248, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə 32 namizəd növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
İmtahan nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib. Keçid balından yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.



Bakıda 33 məktəbə direktor təyin edildi
DİQQƏT- Vakansiya seçimi başa çatır
Məktəblərdə vakant vəzifələrə seçim mərhələsi başlayır
Bakı məktəblərində işə qəbul imtahanı başladı
DİQQƏT- Vakant vəzifələr açıqlandı
Bakı məktəblərində direktor müavini vəzifələri üzrə müsahibə keçirilir
Bakı Təhsil İdarəsi işçi axtarır
Məktəb direktorlarının müavinlərinin DİQQƏTİNƏ: İmtahan keçiriləcək
Direktorların işə qəbulu üzrə imtahanlar yekunlaşdı
Bakıdakı bu məktəblərə direktor axtarılır
Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 