Suyun alqı-satqı müqaviləsinin imzalanmasına dair yeni təkliflər hazırlanacaq.
ONN media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq sərəncamda əksini tapıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrası ilə əlaqədar “Suyun alqı-satqı müqaviləsi”nin və digər razılaşmaların imzalanmasına dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Eyni zamanda İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (qurumları) layihənin icrası ilə əlaqədar aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu Sərəncamın icrasına nəzarət Baş nazirinin müavini Şahin Mustafayevə tapşırılıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir



Qəbələdə su anbarı tikiləcək - Sərəncam
Novruz Məmmədov 3 nazirliyə tapşırıq verdi
Bu şəxslər pulsuz psixoloji yardım ala bilər
Baş nazir “Beşbarmaq dağı” ilə bağlı sərəncam imzalayıb
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Azərbaycanda "jurnalist vəsiqələri" ilə bağlı qərar verildi
Baş nazir sərəncam imzaladı
Qeyri-iş günləri bu qurumlara şamil edilməyəcək - SİYAHI
Prezident sərəncam imzaladı
Prezident sərəncam imzaladı
Əli Əsədov Şuşa ilə bağlı sərəncam imzaladı
Baş Nazir Əli Əsədovdan əhali ilə bağlı MÜHÜM SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 