ONN media xəbər verir ki, Baş nazir Əli Əsədov əhalinin sağlamlığının qorunması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda göstərilib ki, Azərbaycan qanunlarının və Prezidentin aktlarının “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 27 iyun tarixli 1628-VQD nömrəli qanuna uyğunlaşdırılması ilə bağlı təkliflər 20 gün müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir. Qeyd edək ki, Ədliyyə Nazirliyi təklifləri Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları razılaşdırmalıdır. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 7-1-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflər 10 gün müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır. Sərəncamda qeyd olunub ki, Səhiyyə Nazirliyi Ədliyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 7-1-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, tibb müəssisələrinin akkreditasiya qaydasının layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etsin. Sənəddə razılaşma prosesinin iştirakçıları bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə müvafiq tədbirlər görülməsi icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsi təmin olunmalıdır. Mərkəzi icra hakimiyyəti orqanları bir aydan gec olmayaraq öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görməlidir. Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktlarının və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər. İcra vəziyyəti tələb etdikdə isə, Nazirlər Kabinetinə məlumat verməlidirlər. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların qanuna uyğunlaşdırılmasını təmin etməlidir. Bu barədə iki ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Baş Nazir Əli Əsədovdan əhali ilə bağlı MÜHÜM SƏRƏNCAM



Novruz Məmmədov tapşırıq verdi
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Baş nazir “Beşbarmaq dağı” ilə bağlı sərəncam imzalayıb
Bu şəxslər pulsuz psixoloji yardım ala bilər
Azərbaycanda "jurnalist vəsiqələri" ilə bağlı qərar verildi
Prezident sərəncam imzaladı
Əli Əsədovdan yeni fəxri adla bağlı SƏRƏNCAM
Əli Əsədovdan karantin rejimi ilə bağlı SƏRƏNCAM
Suyun alqı satqısı ilə bağlı sərəncam imzalandı
İmtahandan keçən müəllimlərə şad xəbər – Sərəncam
Baş Nazirdən YENİ QƏRAR
Baş nazirdən Nazirlər Kabineti ilə bağlı SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 