Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələdə ölənlərin sayı artıb.
ONN media “report”a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.
O bildirib ki, həlak olanların sayı 50 783 nəfərə çatıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.



Azərbaycan Türkiyəyə 25 milyon manat yardım ayırıb
Azərbaycan Türkiyəyə nə qədər yardım edib?
Zəlzələ nəticəsində ölənlərin sayı 32 minə yaxınlaşır
Türkiyədə zəlzələ qurbanlarının sayı açıqlandı
122 saat sonra 70 yaşlı qadın sağ çıxarıldı
Bir qrup Azərbaycanlı Adanadan təxliyyə olunacaq
Suriyada son durum necədir?
ATU tələbəsi Türkiyədə həlak olub
Zəlzələ qurbanlarının sayı 20 mini ötdü
Zəlzələ qurbanlarının sayı 30 minə yaxınlaşır
Tələbələrin meyidləri ekspertizadan sonra ailələrinə təhvil veriləcək
Tayvandakı zəlzələdə ölənlərin sayı 7-yə çatdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 