Qoz-fındıq antioksidantlar, vitaminlər, liflə zəngindir, iltihab əleyhinə və digər xüsusiyyətlərə malikdir. Bu təsiredici qidalanma profili xərçəngin qarşısını almaq üçün “kifayət qədər uyğun” görünür.
Hər iki insandan birində həyatı boyu xərçəngin bu və ya digər forması inkişaf edəcək. Bu statistika qorxulu perspektivdir, lakin tədqiqatlar göstərir ki, ölümcül xəstəlik riski dəyişdirilə bilər.
ONN media saglamolun.az-a istinadən xəbər verir ki, qoz-fındıq xəstəliyin qarşısını ala və bu xəstəlik səbəbindən ölüm riskini əhəmiyyətli dərəcədə - 40 faiz azalda bilər.
“Beləliklə, indi artıq günortadır, siz şokolad və ya bəlkə də peçenye arzusundasınız. Lakin bunun əvəzində mən tərkibində zülal olan qəlyanaltı yeməyinə hazırlaşıram ki, o ürəyimi qoruya, xərçəngin qarşısını ala və beyinə təkan verə bilər”, - deyə həkim-diyetoloq Vasilisa Ponomaryova bildirib.
Faydalı piylər, zülal, lif və iltihab əleyhinə xüsusiyyətlərlə zəngin olan qoz-fındıq sadəcə dadlı qəlyanaltıdan daha çox şey təklif edir.Tədqiqatlar göstərir ki, kiçik porsiyalar xərçəng, şəkərli diabet və ürək xəstəlikləri də daxil olmaqla, bir sıra problemlərlə bağlı riski azalda bilər.
“İspaniyada yeddi mindən çox yaşlı insanın iştirakı ilə aparılan beşillik müdaxiləçi tədqiqat göstərib ki, həftədə üç dəfədən çox qoz-fındıq qəbul edən qrupda xərçəngdən ölmə riski 40 faiz az idi. Bu nəticəyə, spirtli içkilərin istehlakı, fiziki aktivlik və siqaret çəkmək kimi digər həyat tərzi faktorları nəzərə alındıqdan sonra gəlinib”.
Qoz-fındığın nisbətən bahalı olmasına baxmayaraq, bədəninizin sağlamlığını qorumaq və xərçəng riskini azaltmaq üçün əmanətlərinizdən istifadə etməyə gərək yoxdur.
Diyetoloq izah edib ki, məqsədə nail olmaq üçün gündə bir ovuc qoz-fındıq kifayət etməlidir.Buna görə, qoz-fındığı çox faydalı hesab etdiyimizə baxmayaraq, onun böyük miqdarda qəbul edilməsi həkim-diyetoloq tərəfindən tövsiyə edilmir.



Çərəzin insan orqanizminə inanılmaz faydası
Xərçəngin qarşısını almağın ən sadə yolu tapıldı
Xərçəngdən qoruyan ən yaxşı məhsullar
Yaranı sağaldır, şəkəri azaldır - Üzüm toxumunun faydaları
Adi tərəvəzlər orqanizmi bütün xəstəliklərdən qoruyur — SİYAHI
Bu məhsul xərçəngə səbəb olur – Onkoloqdan XƏBƏRDARLIQ
Bir ovucdan artıq yeyilməsi orqanizmə ziyandır
Çiyələyin bu faydasından xəbəriniz var idimi?
Çayın tərkibindəki bu maddə xərçəngi müalicə edir
Sağlam olmaq istəyən təzə fındıq yesin - Fındığın faydaları
Hər mətbəxdə olan xərçəngin 7 düşməni
Bu meyvə ürəyi sağlam saxlayır, xəstəliklərin qarşısını alır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 