“Bu gün təhsil sahəsində ciddi problemlər var. Elm və Təhsil Nazirliyi ümumi və ali təhsilin idarə olunmasında öz funksiyasını tam yerinə yetirə bilmir”.
ONN media xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin aprelin 28-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, təhsil sahəsindəki proseslər çox ləng gedir:
“Elmlə bağlı faktiki ciddi iş görülmür, bunu da qanunvericiliklə əsaslandırırlar. Ali təhsilin keyfiyyətində də ciddi probemlər var. Diplomu veririk, bir müddətdən sonra da deyirik ki, sizin diplomunuza güvənmirik və onları sertifikasiya edərək biliklərini yenidən yoxlayırıq”.
Deputat Etibar Əliyev çıxışında ali təhsil müəssisələrində dərsliklərin çatışmadığını və nəşrlərin tərcüməsi üçün vəsait ayrılmadığına diqqət çəkib:
“Yeni peşələrin atlası hazırlanmalıdır. Kosmetik dəyişikliklərlə hansı mütəxəssisləri hazırlaya bilərik?! Bu gün əmək bazarının tələblərinə uyğun olan kadr hazırlanmasında problemlər var”.
Komitə sədri Bəxtiyar Əliyev deputatın dərsliklərlə bağlı fikirlərinə cavab olaraq bildirib ki, Azərbaycan Dövlət İqtisad Universiteti dərslik müəlliflərinə pul ayırır və lazımi dərsliklər pulsuz çap olunur.



Bu 3 qurum birləşdirilə bilər? - Ekspert
Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi
Nazir 4 nəfərə vəzifə verdi
Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
Azərbaycanda əyani dərslərlə bağlı QƏRAR VERİLDİ
Təhsil Nazirliyi müəllimlərə MÜRACİƏT ETDİ
Nazir müavinindən Təhsil Tələbə Krediti ilə bağlı mühüm açıqlama
"Son zəngin" keçirilmə tarixi BƏLLİ OLDU
Məktəbdə dərslər sentyabrın 1-i başlayacaq?
Nazirlik COP29-la əlaqədar tədbirlər planı hazırladı
Məktəblərdə qış tətilinin vaxtı açıqlandı
"Təhsil əlçatan olmalıdır" — Musa Qasımlı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 