“Biz dəfələrlə bəyan edirdik ki, təhsil əlçatan olmalıdır. Azərbaycanda əvvəlki illərdə təhsil əlçatan olmadığından abituryentlər ali təhsil üçün xarici ölkələrə üz tuturdu. Orada da bəzi qüvvələrin təsiri altına düşürdülər, bizi qınayırdılar, dövlətə qarşı çevrilirdilər”.
ONN media ölkə.az -a istinadən xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı Milli Məclisdə Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti ali məktəblərdə qəbul planını artırmaqla ali təhsilə əlçatanalığı təmin etmiş oldu. “Ali məktəblərə qəbul planını artırmaqla əlçatanlılıq məsələsi ilə yanaşı, Azərbaycan dövlətçiliyi də üzləşəcəyi bir sıra problemlərdən və təhlükələrdən xilas oldu”, - deyə deputat qeyd edib.
M. Qasımlı eyni zamanda müəllimlərin yerdəyişməsi ilə bağlı müəllimlərin üzləşdiyi problemləri gündəmə gətirib:
“Bu gün ailəli müəllimlər var ki, özləri ucqar kəndlərdə dərs deyir, ancaq ailələri onlardan uzaqda şəhərdə yaşayır. Bu da müəyyən problemlər yaradır. Düzdür, bu istiqamətdə çox böyük işlər görülür, ancaq bu məsələ gələcəkdə müəyyən problemlər yaratmasın deyə, həll yolu tapılmalıdır”.
Deputat həmçinin ali təhsil müəssisələrində qiymətləndirmə probleminə toxunaraq deyib ki, rektorlarımız biliyin qiymətləndirilməsində ədalətli və obyektiv olmalıdır: “Əgər biliyin qiymətləndirilməsində ədalətlilik və obyektivlik pozularsa, nizam pozulacaq. Bu vacibdir və rektorlar bunu bilməlidir”.



MM-in yeni seçilən vitse-spikeri kimdir? - Dosye
Risk qrupunda olan müəllimlərlə bağlı - AÇIQLAMA
Qənirə Paşayevadan təhsil kreditləri ilə bağlı AÇIQLAMA
Naxçıvanda işləyən müəllimlərlə bağlı YENİLİK
Şuşanın təhsil statistikası AÇIQLANDI
Azərbaycanda bu şəxslər məcburi şəkildə vaksinasiya olunacaq
Müəllimlərin əməkhaqları ilə bağlı MÜHÜM AÇIQLAMA
Təhsil nazirindən məktəblərin bağlanması ilə bağlı AÇIQLAMA
Hərbi xidmətdə dəyişiklik: pul ödəməklə... - Millət vəkili
DİQQƏT- Gələn ildən müəllimlərin...
Ali təhsillə bağlı qanun layihəsinin hazırlanması rəsmi qərar verildi
Bu rayonlardan olan qızlarla bağlı Milli Məclisdə MARAQLI TƏKLİF
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 