Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Laçına köçürüləcək ailələrin bütün respublika üzrə tibbi müayinələrinə başlanılıb.
ONN media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.Müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər, Qax, Kürdəmir, Quba, Füzuli, Bərdə, Şamaxı, İmişli, Şəki, Beyləqan, Ağcabədi rayonlarının mərkəzi xəstəxanalarında, Şirvan və Mingəçevir şəhər xəstəxanalarında, Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasında, Abşeron Rayon Mərkəzi Xəstəxanasında, Yasamal, Səbail və Nəsimi rayonları üzrə Yeni Klinikada, Qaradağ rayonu üzrə Lökbatan Tibb Mərkəzində, Binəqədi, Xəzər, Sabunçu, Suraxanı, Nizami, Xətai rayonlarının tibb mərkəzlərində keçirilir.
Ümumilikdə, 401 ailə (1648 nəfər) müayinələrə cəlb olunacaq. Onların biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri həyata keçiriləcək.Tibbi müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır.
TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması nəzərdə tutulub.
Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.Qeyd edək ki, bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə köçürülən şəxslərin də tibbi müayinələri baş tutub.



Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir
Azərbaycanda bu mərkəzlər xəstəxanalara birləşdirilir - SİYAHI
TƏBİB bu rayonlardakı xəstəxanaları yoxlayır
Vüqar Qurbanov 3 direktor təyin etdi
Bakıda 11 tibb mərkəzi yaradılıb
İlqar Mustafayevə yeni vəzifə verildi
TƏBİB gücləndirilmiş iş rejiminə keçdi
Bakıda yeni tibb mərkəzi fəaliyyətə başladı
Aşura günü ilə bağlı qan vermə aksiyası başlayıb
TƏBİB-lə bağlı YENİ QƏRAR
Azərbaycanda pandemiya xəstəxanaları fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA
Ağciyər Xəstəlikləri Mərkəzi yaradılır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 