Sumqayıt Tibb Mərkəzi məşq zamanı ölən uşaqla bağlı açıqlama yayıb.
ONN media açıqlamanın mətnini təqdim edir:
"Bildiririk ki, 2016-cı il təvəllüdlü Bakarov Fərid Revas oğlu 29 aprel 2023-cü il tarixində saat 18:50 radələrində təcili tibbi yardım avtomobili Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.
Daxil olarkən vəziyyəti həddən artıq ağır qiymətləndirilib. Xəstə Təcili yardım şöbəsinin qırmızı zonasından Reanimasiya şöbəsinə yerləşdirilib. Huşu aydın olmayıb. Xəstəyə növbətçi cərrah, növbətçi travmatoloq tərəfindən baxılıb.Baxış zamanı hər iki bazunun yuxarı 1/3 hissəsində böyük ölçülü, kürək nahiyəsində hər iki aşağı ətraflarda müxtəlif ölçülü qançırlar qeyd olunub.
Xəstəyə qanın ümumi müayinəsi, koaquloqramma və s. təyin edilib. Daxili orqanların USM müayinəsi olunub. Müayinənin nəticəsinə əsasən ciddi patologiya aşkar edilməyib.Aparılan reanimasyon tədbirlərə baxmayaraq xəstədə saat 19:50 radələrində bioloji ölüm baş verib.
Hadisə barədə polisə məlumat verilib. Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə göndərilib.
Təşrihə göndərilən zaman diaqnoz dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub".



TƏBİB Şəkidə 6 yaşlı uşağın qızılcadan ölməsi ilə bağlı məlumat yayıb
Azərbaycanda daha bir azyaşlı qızılcadan dünyasını dəyişib
Toydan çıxan zaman avtomobilin vurduğu qadınla bağlı RƏSMİ AÇIQLAMA
TƏBİB-dən 5 yaşlı uşağın ölümü ilə bağlı rəsmi açıqlama
Teymur Mustafayev koronavirusdan vəfat edib - RƏSMİ
İki yaşlı uşağın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Sumqayıtdakı hadisə zamanı xəsarət alanların vəziyyəti açıqlandı
10 yaşlı uşağın ölüm səbəbi açıqlandı
Dağüstü parkda QORXUNC OLAY: 21 yaşlı qız...
Minaya düşən şəxsin son durumu necədir?
Astarada qızılcadan ölən uşaqla bağlı RƏSMİ AÇIQLAMA
Borc pul, tələbə yoldaşları, qəssab...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 