Bu gün səhər saat 6 radələrində Sumqayıt şəhərində baş verən silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.
ONN medianın əldə etdiyi məlumata görə qətlə yetirilən Suzana Karakaşla Türkiyə vətəndaşı olan əri Sərkan Karakaş Bakıda Qafqaz Universitetində bir yerdə təhsil alıblar. Onlar üniversitetdə tanış olduqdan sonra ailə həyatı qurublar.
Dünyasın dəyişən 73 yaşlı Dağbəyi Fərəcovun qəssab kimi çalışdığı bildirilir.
Aldığımız məlumata görə, Türkiyə vətəndaşı Sərkan Karakaşın naməlum şəxslərə borcu olub.
Xatırladaq ki, silahlı basqın nəticəsində 1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi və onun qızı 1985-ci il təvəllüdlü Karakaş Suzana öldürülüb.
İnsident zamanı Süzana Karakaşın həyat yoldaşı Türkiyə vətəndaşı Sərkan Karakaş, Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev və onun oğlu 1990-cı il təvəllüdlü Etibar Sarıyev ağır yaralanıblar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrində dörd nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib:
“Onlardan Türkiyə vətəndaşı olan 1985-ci il təvəllüdlü Sərkan Karakuş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir. 1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir”.



Sumqayıtda evə silahlı hücum olundu
Sumqayıtdakı hadisə zamanı xəsarət alanların vəziyyəti açıqlandı
Sumqayıtda silahlı hücumda yaralananların vəziyyəti AÇIQLANDI
Sumqayıtda qətl törədən şəxsin ailəsindən açıqlama: “Həmin gün işə gedib”
Sumqayıtda dəhşətli qətl bu məqsədlə törədilib - ŞOK İDDİA
Göygöldə dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyə vətəndaşı "Şahdağ"da hoteldə həyatını itirdi
Bakıda İran vətəndaşı qəza törətdi: 3 nəfər öldü
ADNA terrorundan 15 il ötür
Koronavirus görə 7 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib - Rəsmi
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 