Ümumtəhsil məktəblərində idman zallarının uşaqların sağlamlığı naminə daha geniş istifadəsi davam etdiriləcək.
ONN media xəbər verir ki, bu barədə Report-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin idman zalları fiziki tərbiyə fənninin tədrisi, həmçinin dərsdən sonrakı vaxtlarda müxtəlif idman növləri üzrə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, sağlamlığının qorunması və inkişaf etdirilməsi, bu sahədə kütləviliyin təmin olunması, uşaqların idmana olana marağının artırılması məqsədilə istifadə olunur:
“İdman zallarının bağlanılması bu sahədə səmərəliliyin aşağı düşməsinə, uşaqların idmandan kənarda qalmasına səbəb ola bilər. Bu baxımdan, məktəblərdə idman zallarının uşaqların sağlamlığı naminə daha geniş istifadəsi davam etdiriləcək”.
Bildirilib ki, nazirlik sistemində 76 uşaq-gənclər idman-şahmat məktəbi fəaliyyət göstərir:
“Onlardan 20-si Elm və Təhsil Nazirliyinin birbaşa, 56-sı regional təhsil idarələrinin tabeliyində işləyir. Bu müəssisələr idmanın müxtəlif növləri üzrə idman sahəsində kütləviliyin təmin edilməsi, təhsil müəssisələri arasında yarışların təşkili və keçirilməsi, müəssisələrə metodiki köməkliyin göstərilməsi istiqamətində fəaliyyət göstərir.2022-2023-ci tədris ili üçün olan məlumata əsasən qeyd olunan məktəblərdə idmanın 29 növündə 346 bölmə üzrə 2 452 məşqçi-müəllim və 4 271 qrup fəaliyyət göstərir, qruplarda 60 minə yaxın idmançı məşğul olur (idman növləri: şahmat, futbol, sərbəst güləş, voleybol, Yunan-Roma güləşi, boks, stolüstü tennis, cüdo, basketbol, ağır atletika, sambo, badminton, atletika, taekvando, akrobatika gimnastikası, həndbol, dama, karate, üzgüçülük, qılıncoynatma, idman gimnastikası, batut gimnastikası, kikboksinq, avarçəkmə, tamblinq, tennis, bədii gimnastika, veloidman, atıcılıq)”.
Qeyd edək ki, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə F.Bakarov aprelin 29-da Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov həbs olunub



Azərbaycanda idman zalları açılmalıdır - Fazil Mustafa
Məktəbdənkənar təhsil üzrə YENİLİK
Sabahdan idman zalları açılır - QAYDALAR VƏ ŞƏRTLƏR açıqlandı
Uşaqlarınızı bu şəkildə böyütsəniz... - Mütəxəssis AÇIQLADI
İdman zalları açıla bilər? - AÇIQLAMA
“Yay məktəbi 2019” layihəsinə start verilib
Baş məşqçilərlə bağlı qərara dəyişiklik edildi
Prezidentlə xanımı Şamaxıda 7 saylı körpələr evi-uşaq bağçasının açılışında
Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
İdman zalları ilə bağlı rəsmi açıqlama
Azərbaycanda yeni idman növü yaradıldı
Sabah məktəblərdə “Son zəng” çalınacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 