Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu, Milli Sərhəd Strategiyasının banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının bildirilməsi məqsədilə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən xidmətdə fərqlənmiş bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub.
ONN media xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Xidmətin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları sərt iqlim şəraitində mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvəyə qalxıb, orada Azərbaycanın Dövlət Bayrağını və “Həyatı nəsillərə nümunə olan və xalqın qəlbində əbədi yaşayan Ümummilli Lider Heydər Əliyev – 100 il” sözləri yazılmış barneli ucaltmış, Dövlət Himnini ifa ediblər.
Yürüş iştirakçıları zirvədə “Müasir Azərbaycanın memarı və qurucusu, Dövlət Sərhəd Xidmətinin yaradıcısı Dahi Öndər Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaqdır” sözləri əks olunmuş metal lövhəni qaya üzərində bərkidiblər.



Heydər Əliyev zirvəsinə sərhədçi yürüşü - FOTO/VİDEO
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş etdi
DTX “Heydər zirvəsi”nə yürüş təşkil etdi
XİN Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edib
DSX-nin rəhbər heyəti Fəxri xiyabanda
MEK-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
Elçin Quliyev 2 km uzunluqda olan bayrağı əsgərləri ilə qürurla daşıdı – FOTO
Bazardüzündəki yüksəkliyə “Zəfər zirvəsi” adı verildi - RƏSMİ
Prezident və xanımı Fəxri xiyabanda
SON DƏQİQƏ - Hərbçilərimiz qəzaya düşdü, qərargah rəisi öldü
İlham Əliyev Qazaxa getdi
Şəhidimiz medalla təltif edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 