Azərbaycan sərhədçiləri 15 İyun – Milli Qurtuluş Gününün 25-ci ildönümünü qeyd edirlər.
ONN mediaDövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin verdiyi məlumata görə xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən hərbi hissəsində dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən Dövlət Sərhəd Xid-mətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü”nün 25-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib, Ulu Öndər Heydər Əliyevin sarsılmaz iradəsi, əzmi və zən-gin dövlətçilik təcrübəsi sayəsində qısa zaman ərzində ölkədə sabitliyi bərpa et-məsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qorumasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etməsini böyük fərəh hissi ilə xatırlayıblar.
95 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayə-sində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd olunub.
Təntənəli düzülüşdən sonra dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan, 2 km uzunluqda Dövlət Bayrağımız başda DSX-nin rəhbər heyəti, generallar və zabitlər olmaqla 2000 nəfərdən çox sərhədçinin çiyinləri üzərində hərbi hissədən çıxarılaraq vətənpərvərlik mahnılarının sədaları və yerli sakinlərin izdihamlı alqışları altında zəfər yürüşü keçirilib.
“Zəfərə doğru” sərhədçi yürüşü Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizi qüdrətləndirəcək və bütün sərhədlərimiz boyu üçrəngli bayrağımızı dalğalandıracaq böyük zəfərlərin təzahürü olub.



Elçin Quliyev Gürcüstan sərhəddində
Heydər Əliyev zirvəsinə sərhədçi yürüşü - FOTO/VİDEO
Elçin Quliyev: "Dövlət Sərhəd Xidməti istənilən anda döyüş tapşırığını yerinə yetirməyə hazırdır"
Təmas xəttində yeni hərbi hissə istifadəyə verildi - FOTO
Prezident DSX-nin şəxsi heyətini təbrik etdi
Elçin Quliyev Lamiyəni təltif etdi
Elçin Quliyev Ermənistanla sərhəddə
DSX-nin rəhbər heyəti Fəxri xiyabanda
Sərhədçilər and içdi
Əsgərimiz şəhid oldu: General dərhal sərhədə getdi - Foto
Elçin Quliyev Ermənistanla sərhəddə
DSX rəisi yaralı hərbiçimizi ziyarət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 