Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov geniş məqaləsində Azərbaycan Dövlət Təhlükəsilik Komitəsinin sədri olmuş Vladimir Yefimov Semiçastnının Ümummilli lider Heydər Əliyev haqda olan bir xatirəsinə də yer verib.
ONN media sözügedən xatirəni təqdim edir:
Azərbaycanın baş prokuroru vəzifəsi boşalmışdı. Semiçastnı namizədlər seçməyi tapşırmışdı.
Müzakirə üçün namizədliyi MK-ya təklif edilənlər arasında tanış soyadı - Əliyev Heydər Əlirza oğlu sözlərini görəndə, göstəriş verdi ki, onu söhbət üçün dəvət etsinlər.
Semiçastnı Əliyevi səhhəti, qulluğu, ailəsi barədə sorğu-suala tutdu. Cavablar qənaətbəxş idi.
- Əgər sizə respublika prokuroru vəzifəsini təklif etsək, buna necə baxarsınız?
- deyə soruşdu.
- Prokuror?
- Əliyev fikrə getdi.
O, zahirən həyəcansız görünsə də, Semiçastnı başa düşürdü ki, indi onun daxilində bir təlatüm yaşanır.
- Vladimir Yefimoviç, istəyirsiniz düzünü deyim?
- Bu divarlar arasında başqa cür danışmırlar.
- Bilirsinizmi, mən təhsil etibarilə hüquqşünas deyiləm.
Əməliyyat işçisiyəm.
Odur ki, belə bir məsuliyyəti üzərimə götürmək istəməzdim. Özümü də, sizi də pis vəziyyətdə qoya bilərəm. Ən əsası da işə ziyan dəyər.Semiçastnı sonralar xatırlayırdı ki, belə səmimi etiraf onu heyrətləndirmişdi.
Axı, yüksək vəzifədən kim imtina edərdi?
- Eybi yox, yoldaş Əliyev, səmimiyyətinizə görə sağ olun.
Sizin mövqeyiniz hörmətə layiqdir.
Semiçastnı, özünün dediyinə görə, Əliyevi daha narahat etməmiş, bu vəzifəni tutmasını təkid etməmişdi. Onun mövqeyi Moskva canişininin çox xoşuna gəlmişdi.



Bu deputatlara maşın verilir - Siyahı
YAP-çı deputatdan mediaya dəstək: Fikir və söz azadlığı bizə Ümummilli Liderdən miras qalmış sərvətdir
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Heydər Əliyevin kadr siyasətində milli düşüncə
Milli Məclisin komitə sədri şəhid ailələri ilə görüşüb
“YAP-ın QOCAMAN QURUCULARIYLA DANIŞDIM...” – Sadiq Qurbanov
MEK-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir
12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür!
12 DEKABR – ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR!
Qafqaz Müsəlmanları İdarəsində ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 