YAP-çı deputat, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov hakim partiyanın qurulmasında və nəticədə Heydər Əliyevin hakimiyyətə gəlməsində mühüm rol oynamış “91-lər”lə bağlı maraqlı paylaşım edib. ONN media xəbər verir ki, S.Qurbanov “feysbuk” paylaşımında xəbər verib ki, “91-lər”in bir neçəsilə telefon və videobağlantı formasında əlaqə saxlayıb: “Dəyərli dostlar! Əziz əqidə yoldaşlarım! Bu gün mövcud vəziyyətlə əlaqədar "EVDƏ QAL"an partiyamızın qocaman qurucularından olan "91-lər"dən Sudeyf İmamverdiyev, Əjdər İsmayılov, Şahlar Əsgərov, 84 yaşı bu gün tamam olan Əsədulla Qurbanov, İsgəndər Quliyevlə, eyni zamanda Ağabəy Əsgərov, Vüqar Rəhimzadə, Munis Bayramovla telefon və video görüntü ilə əlaqə saxladım və keçmiş xatirələri yada saldıq. Heç təsadüfi deyil ki, "91-lər"i ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının "Qızıl Fondu" adlandırmışdı. Düşünürəm ki, biz sıravi partiya üzvləri də onları hər zaman yada salmalı və xatırlamalıyıq”. "91-lər"dən biri, professor Əjdər İsmayılov S.Qurbanovun paylaşımına belə reaksiya verib: “Hörmətli Sadiq müəllim, boyüyə hörmət, dəyərə qiymət vermək, silahdaşa sadiq qalmaq təbii ki, xidmət etdiyin amala sadiq qalmaq və təmənnasız bağlılıqdan irəli gəlməklə yanaşı insanın zatı, ailə tərbiyəsilə çox bağlıdır. Bəli, biz bu yola başlayarkən siz gənc bir vətənpərvər tələbə idiniz. Bu gün yaş üstünə yaş gəlməklə daha da püxtələşmiş və müdrikləşməniz göz önündə. Bu günləri YAP-ın qızıl fondu olan "91-lər"i, dövlətin qurucularını, ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşlarını xatırlamanız, bu şərəfli ideyaya bir daha adınız kimi Sadiq olduğunuzun göstəricisidir. Məhz sizin Milli Məclisə, millətin vəkili seçilmənizə çox sevindiyim və məndə ümidlərin doğduğu haqqında qeyd etmişdim. Sevindim və ümid etdim ona görə ki, məhz sizin və sizin kimi Heydər Əliyev yoluna sadiq insanların Prezidentimizin ətrafında olması Vətənimizin və qurduğumuz partiyanın uğurlu inkişafına aparar”.
“YAP-ın QOCAMAN QURUCULARIYLA DANIŞDIM...” – Sadiq Qurbanov



YAP Mərkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci ildönümünə həsr olunan konfrans keçirilib
SADİQ QURBANOV: "Tanınmış professor koronavirusa yoluxub"
Sadiq Qurbanov Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik etdi
Deputat Sadiq Qurbanov ETSN işçilərini təbrik edib
Sadiq Qurbanov Türkiyəli həmkərlarına təşəkkür etdi
Bu deputatlara maşın verilir - Siyahı
Milli Məclisin komitə sədri şəhid ailələri ilə görüşüb
YAP-çı deputatdan mediaya dəstək: Fikir və söz azadlığı bizə Ümummilli Liderdən miras qalmış sərvətdir
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu – SİYAHI
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Sadiq Qurbanov Siyəzəndə seçicilər ilə görüşüb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 