Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun ilkin ifadəsi məlum olub.
ONN media xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini deyib.
Mehman Xəlilov uşağın ölümündə günahkar olmadığını bildiririb.Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərardan apellyasiya şikayəti verilməyib.
Qeyd edək ki, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.İbtidai istintaq davam edir.



7 yaşlı Fərid huşsuz halda, Mehman nələr edir...
Həkimlər Fəridi ixtisaslaşmış xəstəxanaya aparmağı tapşırıb - Müəllim isə...
Fəridin ölümü ilə bağlı parlamentdə məsələ qaldırıldı
Məktəblərdə idman zalları bağlanır? – Rəsmi
Həbs edilən gömrük generalının şikayəti rədd edildi
Sumqayıtda qorxunc olay - Yumruqla vurub öldürdü
DTX-nın saxladığı vəzifəli şəxslərin aqibəti necə oldu?
Sumqayıtda cinayət: qadını boğaraq öldürdü
Azərbaycanda 55 yaşlı kişini döyüb öldürən gənc MƏHKƏMƏ QARŞISINDA
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Azərbaycanda zavodda partlayış olub- ÖLƏN VAR- YENİLƏNİB
Sumqayıtda silahlı insident: səhvən 1 nəfər güllələndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 