Mayın 4-də Laçın rayonunun Güləbird kəndinin təməli qoyulub.
ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb.
Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır.
Kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. İkiotaqlı evlərin sahəsi 70, üçotaqlılar 88, dördotaqlılar 103, ikimərtəbəli olacaq beşotaqlıların sahəsi isə 120 kvadratmetr təşkil edəcək.
Burada, həmçinin 432 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.
Qeyd olundu ki, Güləbird kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Kənddə klub icma, ailə sağlamlıq və idman sağlamlıq mərkəzləri və digər zəruri infrastruktur obyektləri inşa olunacaq.
Burada istirahət parkı salınacaq, idman və uşaq meydançaları yaradılacaq, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.
Prezident İlham Əliyev Güləbird kəndinin təməlini qoydu.



Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub
Prezident Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub
Ağdamda daha 2 kəndin təməli qoyuldu
Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi
Kəlbəcərdə ikinci yaşayış kompleksinin təməli qoyuldu
Prezident Daşaltıda görüləcək işlərlə tanış oldu
Prezident Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlini qoydu
Qarşıdakı həftə Cocuq Mərcanlıda AÇILIŞ OLACAQ
Yaxın günlərdə Laçının daha bir kəndinə köç başlayacaq
Ağdamda yeni məhəllənin təməli qoyuldu
Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub
Laçının daha bir kəndinə köç BAŞLAYIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 