Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.
ONN media xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verdi.
Bildirildi ki, kompleks 1,76 hektar ərazidə layihələndirilib. Kəlbəcər şəhərində salınacaq ikinci yaşayış kompleksi şəhərin Baş planına əsasən çoxfunksiyalı zonada yerləşir.
Kompleksdə 3 və 5 mərtəbəli 8 yaşayış binasının inşası nəzərdə tutulur. Mənzillərin 56-sı ikiotaqlı, 56-sı üçotaqlı, 48-i isə dördotaqlı olacaq. Burada ümumilikdə 160 ailənin yaşaması planlaşdırılır.
Qeyd olundu ki, bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.
Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoydu.



Prezident yaşayış kompleksinin təməlini qoydu
Prezident Şuşada ilk yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub
İlham Əliyev və xanımı Şuşada yeni inşa olunan yaşayış kompleksində
Güləbirdin təməli qoyuldu
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Ağdamda yeni yaşayış kompleksinin təməli qoyuldu
Ağdamda yeni məhəllənin təməli qoyuldu
Prezident Daşaltıda görüləcək işlərlə tanış oldu
Ağdamda daha 2 kəndin təməli qoyuldu
Əliyev Füzulidə ikinci yaşayış kompleksinin təməlini qoydu
İlham Əliyev Kəlbəcər və Laçına getdi
Birinci mərhələdə Şuşada 25 yaşayış binası inşa olunacaq ki, vətəndaşlar qayıtmağa başlasın
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 