Bazar günü Bakıda əsas küçə və prospektlərdən bəzilərində hərəkət tam məhdudlaşdırılacaq.
ONN media xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, məhdudlaşdırma paytaxtda keçiriləcək marafonla bağlıdır. O qeyd edib ki, “Bakı Marafonu 2023”-lə əlaqədar mayın 7-də səhər saat 8:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq:
"Məhdudlaşdırma tədbirin yüksək səviyyədə keçirilməsi və iştirakçıların təhlükəsizliyini təmin olunması məqsədilə aparılacaq. Bayraq Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov – A. Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z. Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına qədər yollarda hərəkət məhdudlaşdırılacaq".
Qeyd edək ki, “Bakı Marafonu - 2023” hər il Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilir.



“Bakı Marafonu” ilə bağlı bu yollar bağlanacaq - SİYAHI
DİQQƏT: Zəfər paradına görə bu yollar BAĞLANIR - RƏSMİ
Bakı marafonuna nə qədər adam qeydiyyatdan keçib?
Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq
Zəfər Günü Bakıda yürüş olacaq, bəzi yollar bağlanacaq
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Sabah bu yollar bağlı olacaq
"Bakı marafonu"na start verildi
DİQQƏT: Sabah Bakıda bir sıra yollar bağlanacaq
Sabah Bakıda bu yollar bağlanacaq - Siyahı
Bu gündən bəzi yollar bağlanır - SİYAHI
“Bakı Marafonu 2022” başa çatdı: Qaliblər müəyyənləşdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 