10 dekabr 2020-ci il tarixdə Bakının mərkəzi olan Azadlıq meydanında “Zəfər paradı” keçiriləcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, texnikaların hərəkəti və hərbi yürüş Nobel prospektindən başlayaraq Ağ Şəhər Bulvarına bitişik ərazidən keçərək Dəniz vağzalı, Azadlıq meydanı, Dənizkənarı Bulvar boyu, Neftçilər prospekti, Azneft meydanı, Bayıl qəsəbəsi və Bibiheybət məscidi istiqaməti üzrə nəzərdə tutulub. Keçirilən tədbirin təhlükəsizliyinin təmini, parad iştirakçılarının sərbəst hərəkətinin təşkil edilməsi məqsədilə Azadlıq meydanı istiqamətinə paralel və kəsişən bütün küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur. Belə ki, tədbir tam başa çatanadək həmin istiqamətlər üzrə : 1. Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü Kənar Dairəvi yol istiqamətinə, 2. Bayıl Qəsəbəsi Üzgüçülük hovuzu yanından Xanlar küçəsinə, 3. Səbail Rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q.Abbasov və Saraykin küçəsinə, 4. M.Hüseyn, T.Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə, 5. Nobel prospekti N.Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə, 6. A.Cəlilov küçəsinin A.İsmayılov, N.Əliyev, F.Bayramov, və Y.Səfərov küçələri ilə kəsişmədən 10-cu zavod dairəsinə, 7. Y.Səfərov, Ə.Quliyev və 28 May küçələri kəsişməsindən D.Əliyeva küçəsi istiqamətinə, 8. 28 May küçəsinin R.Zorge, K.Səfərəliyeva, Puşkin, S.Vurğun, R.Behbudov küçələri, Azadlıq və Bülbül prospektləri kəsişməsindən A.Bakıxanov və Fizuli küçələri istiqamətinə hərəkət müəyyənləşdirilir. Yol hərəkəti iştirakçılarına bildirilir ki, həmin istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə süni sıxlığın və ya tıxacların yaranmasına səbəb ola bilər. Bir daha xahiş edilir ki, ölkə əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün qaydalara düzgün əməl edilsin.
Sabah bu yollar bağlı olacaq - SİYAHI



DİQQƏT: Zəfər paradına görə bu yollar BAĞLANIR - RƏSMİ
“Bakı Marafonu” ilə bağlı bu yollar bağlanacaq - SİYAHI
Bu gecə yollar bağlanır - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
Bu yollar bağlanacaq - Mayın 7-dən...
Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq
Sürücülərin DİQQƏTİNƏ-Yollar bağlanacaq
Bakı sabah keçiriləcək möhtəşəm parada hazırdır - VİDEO
Martın 19-da Bakıda bu yollar bağlı olacaq –Yol polisindən xəbərdarlıq
Bakıda bağlanan küçə və prospektlər - SİYAHI
DİQQƏT: Bakının bu yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
Yol Polisindən XƏBƏRDARLIQ - Sabah bu yollar bağlı olacaq
Bu gündən bəzi yollar bağlanır - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 