Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq “Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində “anklav” adlandırması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədən kütləvi etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın “France Inter” ictimai radiokanalına müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab olaraq deyib.
Onun sözlərinə görə, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi və tərkib hissəsidir: "Bununla yanaşı, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yoxdur. Azərbaycan öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir.
Fransa tərəfi sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalıdır".



Müdaxilə cəhdi qəbuledilməzdir- XİN-dən SƏRT CAVAB
Rəsmi Bakıdan Parisə kəskin etiraz
Rəsmi Bakıdan Fransaya cavab: Bu qəbuledilməzdir!
Rəsmi Bakı Paşinyana cavab verdi
XİN-dən Fransa ilə bağlı açıqlama
Azərbaycan XİN-dən Nikol Paşinyana CAVAB
Azərbaycan XİN Paşinyana cavab verib
XİN rəsmi məlumat yaydı
Bakıdan İrəvana tələb- RƏSMİ
XİN rəsmi məlumat yaydı
XİN rəsmi məlumat yaydı
Makrona sərt cavab: Fransa Azərbaycana dərs keçə bilməz!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 