“Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 29 iyun tarixli iclasında guya Azərbaycanın bölgədə vəziyyəti gərginləşdirdiyi, erməni sakinlərə qarşı “etnik təmizləmə” siyasəti həyata keçirdiyi, bölgənin “blokada”da saxlandığı barədə növbəti dəfə səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik”.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 27 iyun tarixində Ermənistanın öhdəliyinə zidd olaraq Azərbaycan ərazisindən hələ də tam olaraq çıxarmadığı erməni silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan hərbçisinin yaralanması bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsi ilə yanaşı, xarici işlər nazirləri arasında ABŞ-də aparılan danışıqlara mane olmaq cəhdidir.
“Qeyd edilən təxribata cavab olaraq, Azərbaycan tərəfinin erməni silahlı birləşmələrinə qarşı gördüyü tədbirlərin “etnik təmizləmə” kimi qələmə verilməsi absurddur. Bununla yanaşı, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni sakinlərin tənzimlənən və şəffaf qaydada hər iki istiqamətdə keçməsinin Ermənistan tərəfindən həzm edilmədiyi məlumdur. Bu xüsusda, bölgədə “gərgin humanitar vəziyyət” olduğu barədə aparılan saxta təbliğatın da heç bir əsası yoxdur.
Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də riayət etməli, bölgədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır”, - deyə Azərbaycan XİN-in bəyanatında bildirilir.



Azərbaycan XİN Paşinyana cavab verdi
XİN rəsmi məlumat yaydı
Azərbaycan XİN-dən Nikol Paşinyana CAVAB
Rəsmi Bakıdan Paşinyana cavab
Rəsmi Bakıdan Paşinyana sərt cavab
Ermənistandan bunu tələb edirik- XİN AÇIQLADI
Rəsmi Bakıdan Paşinyana cavab: Rədd edirik!
Rəsmi Bakı Ermənistana cavab verdi
XİN məlumat yaydı- Sülhməramlılar dəstək verir
"Azərbaycan heç zaman mülki əhalini hədəf almayıb"
Laçında məntəqənin təsis edilməsi... - XİN-dən Nikola cavab
XİN-dən Paşinyana cavab
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 