11 may 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov minaların təmizlənməsi sahəsində humanitar fəaliyyət göstərən ABŞ-ın “Sülhün kökləri” humanitar təşkilatının təsisiçisi və rəhbəri Haydi Kün ilə görüşüb.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.Görüş zamanı, nazir Ceyhun Bayramov Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam etmiş təcavüzü nəticəsində Azərbaycana qarşı yaranmış mina təhdidləri barədə barədə müqabil tərəfə ətraflı məlumat verib.
Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minaların qurbanına çevrilməsi və minaların təmizlənməsi sahəsində Ermənistanın Azərbaycanla əməkdaşlıq etməməsi diqqətə çatdırılıb.Mina təhdidlərinin 44 günlük Vətən müharibəsindən sonra bərpa və yenidənqurma işlərinə və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesinə maneə olduğu vurğulanıb.
“Sülhün Kökləri” beynəlxalq humanitar təşkilatının rəhbəri xanım Heidi Kün də öz növbəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün region üçün əhəmiyyətini vurğulayaraq, eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və bu istiqamətdə birgə əməkdaşlığa dəstək göstərmək niyyətini bəyan edib.
Tərəflər daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



Azərbaycan və Fransanın XİN rəhbərləri görüşdü
Bayramov Çavuşoğlu ilə görüşdü
Bayramov italiyalı həmkarı ilə Qarabağdan danışdı
Ceyhun Bayramov sülhlə bağlı açıqlama verdi
Ceyhun Bayramov ABŞ qubernatoru ilə görüşdü
Bayramov almaniyalı həmkarı ilə danışdı
Ceyhun Bayramov Uqandalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov Xovayevlə görüşdü
Rəsmi Bakı Fransanı məlumatlandırdı - Ermənilərin törətdikləri barədə
Bayramov və Çavuşoğlu son vəziyyəti MÜZAKİRƏ ETDİLƏR
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
Ceyhun Bayramov Pakistan Ordusunun Baş Qərargah rəisi ilə görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 