Sentyabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə telefon danışığı aparıb.
ONN media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Telefon danışığı zamanı regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunub.
C.Bayramov, bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq, Ermənistan tərəfindən yayılan “gərgin humanitar vəziyyət” və “blokada” iddialarının əsassız olduğu, bunun Ermənistanın siyasi manipulyasiyasının tərkib hissəsini təşkil etdiyi diqqətə çatdırılıb.
Azərbaycan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan və Laçın yolundan yüklərin daşınması üçün sinxronlaşdırılmış istifadənin təşkil edilməsi barədə təkliflərin Ermənistan və yaradılmış qondarma rejim tərəfindən rədd edilməsinin humanitar vəziyyət barədə iddiaların saxta olduğunu sübut etdiyi vurğulanıb.
Post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan Ermənistanın təxribatçı addımlarının, o cümlədən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi dəstəkləyən bəyanatlarının, Azərbaycan ərazilərindən silahlı qüvvələrinin çıxarılmamasının təhdid mənbəyi olduğu qeyd edilib.
Telefon danışığı zamanı, Ermənistanın davam edən hərbi təxribatları, mina təhdidləri barədə qarşı tərəfə müfəssəl məlumat verilib.
Daha sonra, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Bayramov və Lavrov nəyi müzakirə etdi?
Ceyhun Bayramov iranlı həmkarı ilə nəyi müzakirə etdi?
XİN üçtərəfli görüşlə bağlı məlumat yaydı
Bayramov Çavuşoğlu ilə danışdı
Ceyhun Bayramov Amerikalı həmkarı ilə telefonla danışıb
Ceyhun Bayramov estoniyalı həmkarı ilə danışıb
Fransa Azərbaycan və Ermənistan arasında normallaşma səylərinə dəstək verdi
Bayramov Çavuşoğlu ilə danışdı
Bayramov Çavuşoğlu ilə danışdı
Bayramov Çavuşoğlu ilə danışdı
Ceyhun Bayramov fransalı həmkarı ilə Qarabağdan danışdı
Ceyhun Bayramovla Sergey Lavrov cəbhədəki vəziyyəti MÜZAKİRƏ ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 