Azərbaycan ilə Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Türkiyə Milli Müdafiə Nazirliyinin Tibb Xidməti rəisinin müavini tibb xidməti general-mayoru Durmuş Aydəmirin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.
ONN media xəbər verir k, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev qonaqları salamlayaraq onlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, xüsusilə Vətən müharibəsində hərbi tibb personalının fəaliyyəti barədə geniş məlumat verib.
Görüşdə hərbi tibb xidmətinin Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində tərəfləri maraqlandıran suallar müzakirə olunub.
Qonaqlar, həmçinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi ilə tanış olub, hərbi tibb sahəsində xidmət edən həkimlərin fəaliyyətlərini izləyiblər.Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.



Müdafiə Nazirliyinin generalı istefaya göndərilib
Azərbaycan və Litva Müdafiə nazirliklərinin mütəxəssisləri görüşdü
Kəmaləddin Heydərov bu xanıma vəzifə verdi
Kəmaləddin Heydərov bu şəxsləri vəzifəsindən azad etdi
İşğaldan azad olunan ərazilərdə 2 səhra hospitalı yaradıldı
İlhan Əliyev sərəncam imzaladı
SON DƏQİQƏ: Natiq Əliyev vəzifədən azad olundu
İlham Əliyev ona GENERAL-MAYOR RÜTBƏSİ VERDİ
İlham Əliyev kimlərə rütbə verdi?- SİYAHI
Azərbaycan və Belarusun hərbi heyətləri görüşdü
Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası başladı
Azərbaycanın hərbi qulluqçusu vəfat etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 