Sumqayıt şəhərində yerləşən Səməd Vurğun adına Mərkəzi Kitabxanada yazıçı-publisist Yunus Oğuzla görüş keçirilib.
ONN media xəbər verir ki, "Bədii sözün işığında" adı altında keçirilən görüşdə bir sıra ziyalı şəxslər, mədəniyyət işçiləri, kitabxana əməkdaşları, yazıçılar, dramaturqlar iştirak edib.
Tədbirin aparıcısı, kitabxananın direktor vəzifəsini icra edən Natəvan Axundzadə Yunus Oğuzun həyat və yaradıcılığı, tarixi roman yazarlığı fəaliyyətində qazandığı müvəffəqiyyətlər haqqında iştirakçılara məlumat verib.
Daha sonra iştirakçıların hər biri, Yazıçılar Birliyi Sumqayıt bölmə sədri Gülnarə Cəmaləddin, Əli Kərim adına poeziya evinin direktoru, şair İbrahim İlyaslı, yazıçı- dramaturq Əyyub Qiyas, kitabxananın əməkdaşları Xəyalə Seyidnurova, Gülnar Ümid, Səfurə Nəcəfova, Pərvanə Qasımova çıxış edib, fikirlərini bildiriblər.
Onların hər biri ayrı-ayrılıqda Yunus Oğuz yaradıcılığına aid olan, əsrin bəlası narkomaniyaya həsr olunmuş "Uçurum", Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən "Cığır" və digər tarixi romanlarının mövzusu haqqında fikirlərini bildiriblər.
Daha sonra yazıçı-publisist Yunus Oğuz tədbir iştirakçılarının suallarını cavablandırıb.
Sonda xatirə şəkli çəkdirilib.



Yunus Oğuzun "Cığır" romanı Sumqayıt Poeziya Evində
Yunus Oğuzun "Cığır"ı Pedoqoji Universitetdə
Yunus Oğuz bu dəfə Çingiz xandan yazdı
Qənirə Paşayeva ilə Yunus Oğuzun Tovuzda möhtəşəm görüşü
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu - FOTOLAR
Yunus Oğuzun kitabları ABŞ-ın İndiana Universitetinin kitabxanasında
Yunus Oğuzun "Cığır"ı ölkəni gəzməyə davam edir- ZAQATALA
Yazıçı publisist Yunus Oğuzun təqdimatında "YADDAŞ" - CANLI YAYIM
Yunus Oğuzun "Cığır" ı Azərbaycanı gəzməyə davam edir- Neftçala
Türkiyədə Yunus Oğuzun "Cığır" romanının təqdimatı keçirilib
Yunus Oğuz Özbəkistanın "BAYOZ" şirkəti ilə müqavilə imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 