ABŞ-ın İndiana Universitetindəki kitabxanada artıq Azərbaycanın tanınmış şair və yazıçılarının kitablarına da rast gəlmək mümkündür. ONN media xəbər verir ki, bu barədə "OLAYLAR"-a məlumat verən Amerikada yaşayan həmyerlimiz Elman Eldaroğlu deyib ki, 80 mindən çox tələbənin təhsil aldığı universitetin kitabxanasında olarkən bu faktla qarşılaşıb. Onun sözlərinə görə, burada texniki elmlərlə yanaşı, dünya xalqlarının 72 dili tədris olunur və araşdırılır: "Universitetin 10 mərtəbəli çox nəhəng kitabxanası var. Bu kitabxanada on ildən artıq biblioqraf işləyən, özbəkistanlı Əkrəm Həbibullayevdən xahiş etdim ki, məni kitabxananın türkdilli kitablar olan bölməsinə aparsın. Bölmədə Azərbaycan yazarlarının kitabları az da olsa, var". E.Eldaroğlu bildirib ki, Azərbaycan müəlliflərindən Sabir Rüstəmxanlı, Rüstəm Kamal, Kamal Abdulla, Səməd Vurğun, İlyas Əfəndiyevin kitabları da sözügedən kitabxanada var: "Eyni zamanda Nəriman Əbdülrəhmanlı, Vüqar Əhməd, Eyvaz Əlləzoğlu, Salam Sarvan, Anarın da kitablarına kitabxanada rast gəldim". Qeyd edək ki, bu günlərdə ABŞ-ın İndiana Universitetindəki kitabxanaya yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Nadir şah", "Əmir Teymur Zirvəyə doğru" və "Əmir Teymur Dünyanın hakimi", "Şah arvadı və cadugər", "Atabəy Eldəniz", "Ovcu", "Qədim türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatında" kitabları, eyni zamanda Sabir Bəşirovun Yunus Oğuz haqqında yazdığı monoqrafiya da verilib.
Yunus Oğuzun kitabları ABŞ-ın İndiana Universitetinin kitabxanasında



Sumqayıtdakı Səməd Vurğun adına Mərkəzi Kitabxanada yazıçı-publisist Yunus Oğuzla görüş keçirilib
Kamal Abdulla təltif olundu
Axundov kitabxanası bağlandı- Səbəb?
Yaponiya Fondu ADU-ya kitablar hədiyyə etdi
BDU-nun bütün əməkdaşlarına 500 manat veriləcək
Kamal Abdulladan AMEA ilə bağlı açıqlam
Anar Kərimov Ərdoğanın müşaviri ilə görüşdü
Birinci xanım Mehriban Əliyeva Litva Milli Kitabxanası ilə tanış olub
Akbota Mussabayeva AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət etdi
AMEA Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq
Novruz Məmmədov YENİ İŞ YERİNDƏ
Bakıda universitet tələbələrinə XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 