Şəki-Zaqatala regional təhsil idarəsi 24 şagird və 3 müəllimin zəhərlənməsi ilə bağlı açıqlama yayıb.
ONN media-ya İdarədən verilən məlumata görə, Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınmışdır. Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıblar. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar.
"Narahatçılıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir. İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olmuşdur. Belə ki, 23 may tarixində hava tempraturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir. Hadisə haqqında əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.
14:50
Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
ONN media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.



Şəhid bacısına yeni vəzifə verildi
Azərbaycanda yanan məktəb binası ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda orta məktəb yandı: 21 şagird...
Sumqayıtda məktəbi bit-birə basıb?
Sumqayıtda məktəblilər bit dərmanından zəhərlənib?
Bu məktəblərdə oxuyanların NƏZƏRİNƏ
Azərbaycanda vəzifəli şəxslər işdən çıxarıldı
Azərbaycanda daha iki nəfər dönərdən zəhərləndi
Bakıda bu məktəb sökülür
Gənc oğlan turşudan zəhərləndi
İnam Kərimov Şəki rayonunda vətandaşlarla görüşəcək
Azərbaycanda müəllim və şagirdlər koronavirusa YOLUXDULAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 