Abşeron-Xızı Regional Təhsil İdarəsi dezinfeksiya tədbirlərindən sonra Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbin 6-cı sinifində təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
ONN media xəbər verir ki, qurumdan “Qafqazinfo”ya bildirilib ki, həmin gün ümumi təhsil müəssisəsinin 2-ci korpusunda 330-dan çox şagird dərslərdə iştirak edib və heç birində belə hal müşahidə edilməyib:
“Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbə baxış keçirilib. Şagirdlərin səhhəti diqqətdə saxlanılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır”.
Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlılara dəqiqləşdirilməmiş maddə zəhərlənməsi diaqnozu qoyulub:
“23.09.2024-cü il tarixində 2013-cü il təvəllüdlü 2 azyaşlı (qadın cinsli) saat 15:30 radələrində yaxınları tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına gətirilib.
Dəqiqləşdirilməmiş maddə zəhərlənməsi diaqnozu təyin edilən azyaşlılara Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib və daha sonra ixtisaslı tibbi yardımların göstərilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə (KTM) təxliyə olunub”.
Tibbi Mərkəzdən isə azyaşlıların evə buraxıldığı bildirilib:
“KTM-ə təxliyə olunan azyaşlıların hər ikisinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri normallaşan hər iki azyaşlı ambulator müalicə üçün evə buraxılıb



Sumqayıtda məktəbi bit-birə basıb?
Mingəçevirdə hepatitə yoluxan şagirdlərin son durumu: Birinin vəziyyəti ağırdır
Azərbaycanda vəzifəli şəxslər işdən çıxarıldı
Sərnişin avtobusu qəzaya düşdü
Bu məktəbin direktoru vəzifəsindən azad olundu
Məktəbdən “Son zəng”ə görə pul yığılır? AÇIQLAMA
Sosial şəbəkələrdə səs yazısı yayılan müəllimin aqibəti necə oldu?
Azərbaycanda orta məktəb yandı: 21 şagird...
Prezident Təhsil Nazirliyinin strukturuna dəyişiklik etdi
Səs yazısı yayılan direktorla bağlı qərar – Rəsmi
Nazirlik məktəblilər üçün 6 milyonluq notbuk alıb? – AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 