Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Günay Bank” ASC –nin kreditorlarına müraciət edib.
Fonddan bildirilib ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 18 may tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günay Bank” ASC müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
kreditorun adı və ünvanı;
tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Ləğv prosesində olan “Günay Bank” ASC-nin kreditorlarından xahiş olunur ki, iyulun 18-dək kreditor tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
“Günay Bank” ASC-nin Baş ofisi
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45
Əlaqə: (+994) 941



"Günay Bank" əmanətçilərinin NƏZƏRİNƏ
Bu banklardakı əmanətlərlə bağlı növbəti açıqlama
“Günay Bank” müflis elan edildi
“Dəmir Bank” ASC-yə ləğvedici təyin olundu
Əhaliyə ŞAD XƏBƏR - Oktyabrın 16-dan...
Bağlanan bankın kartlarındakı pullar hansı yolla qaytarılacaq?
Muğan Bankda krediti olanların NƏZƏRİNƏ
"Dəmir Bank"da pulu qalanların nəzərinə - ÖDƏNİŞ EDİLƏCƏK
Bağlanmış iki bankın əmanətçilərinə 47,1 mln. manat kompensasiya ödənilib
“Muğan Bank”ın lisenziyası ləğv edildi
“Günay Sığorta”nın lisenziyası ləğv olundu
Bu bank kartını işlədənlərə BƏD XƏBƏR: Pulları çıxara bilməyəcəklər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 