“Muğanbank”ın fəaliyyəti dayandırılandan sonra müştərilər bir sıra məsələlərdə çaşqınlıq yaşamaqdadırlar. Bu məsələlərdən biri də lisenziyası ləğv edilmiş banka məxsus plastik kartlarda olan pul vəsaitlərinin aqibətidir. Maraqlıdır ki, bağlanmış bankın plastik kartlarının içərisindəki pulların aqibəti necə olacaq? Müştəri digər bankın bankomatlarından kartındakı vəsaiti çıxara bilərmi?
ONN media xəbər verir ki, bununla bağlı iqtisadçı-ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında prosedur qaydalarını açıqlayıb.
O ilk olaraq xatırladıb ki, hazırda sözügedən bankın bütün əməliyyatları dayandırılıb və banka məxsus “application” işləmir.
Ekspertin sözlərinə görə, müştərinin “Muğanbank” kartındakı vəsaiti digər bankların bankomatları vasitəsilə əldə etməsi real görünmür: “Çünki ləğv olunan bankın kart hesabları da dondurulub. “Muğanbank”ın lisenziyası ləğv olunsa da, hələlik müflis olması barədə rəsmi açıqlama yayılmayıb. Ancaq bütün hallarda banka məxsus əməliyyatlardan istifadə olunmasına məhdudiyyət qoyulub”.
Əmanətlərin aqibətinə də toxunan iqtisadçı deyib ki, bank müştərisi olmuş şəxs Əmanətlərin Sığortlanması Fonduna müraciət etməlidir. O bildirib ki, Fond şəxsin sənədlərini qəbul etdikdən sonra əmanətlərin dirilməsi istiqamətində müvafiq addımlar atır:
“2021-ci il aprelin 5-dən qüvvəyə minmiş qaydalara görə, bir yerli bankda 100 min manata qədər əmanət sığortalı hesab edilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 min manatdan yuxarı pul vəsaitləri qorunan əmanətlərə aid edilmir. Müştərinin cari hesabında qalan məbləğ Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılmır. Ləğvetmə zamanı mövcud olan ardıcıllığa əsasən, müştərinin kart hesabında qalan məbləğ təminatsız öhdəlik kimi sonuncu bölmələrə düşür və geri qaytarılmama ehtimalı var”.
Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Bankın (AMB) qərarı ilə "Muğanbank"ın lisenziyası ləğv edilib.



“Muğan Bank”ın lisenziyası ləğv edildi
“Muğanbank” bağlanır?
Muğan Bankın işçiləri kompensasiya alacaq?
Bu banklar da bağlana bilər — SİYAHI
Bağlanan bankın kartlarındakı pullar hansı yolla qaytarılacaq?
Daha bir bankın lisenziyası ləğv edilir?
“Günay Sığorta”nın lisenziyası ləğv olundu
Azərbaycanda bir bankın lisenziyası ləğv edildi
Günay Bank kreditorlarına müraciət etdi
Mərkəzi Bank XƏBƏRDARLIQ ETDİ
Bankların bağlanma səbəbi açıqlandı
Azərbaycanda iki bankın lisenziyası ləğv edildi - SON DƏQİQƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 