Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada təşkil olunacaq.
ONN media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunacaq:
- hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi;
- hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;
- hakimlərin konfransı tərəfindən seçilən birinci instansiyası məhkəmələrinin üç hakimi;
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
- Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil;
- Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim;
- hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi.
Qeyd edək ki, hazırda Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunur:
- Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri);
- Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) təyin etdiyi şəxs;
- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təyin edilən vəkil;
- Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib//axar.az



Milli Məclisdə mühüm müzakirə
Nizami Səfərov yenidən bu vəzifəyə təyin olundu
Şəki Apellyasiya Məhkəməsinin məlumatı
Prezident sərəncam imzaladı
Bu şəxslərə 10 min manat maaş veriləcək?
Ali Məhkəmənin sədrinin maaşı nə qədərdir?
Bu hakimlər üçün yaş məhdudiyyəti ləğv olundu
Talıbovla bağlı daha bir qanunsuzluq üzə çıxdı
Arvadını qətlə yetirən hakimlə bağlı QƏRAR VERİLDİ
ŞAD XƏBƏR- Bu şəxslərin maaşları artırıldı
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
Azərbaycanda iki vəzifəli şəxs həbs olundu - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 