Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri olan zaman öz yaxın adamlarını hakim vəzifəsinə təyin edərkən Konstitusiyanın tələblərinə əməl etməyib.
ONN media xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I bəndinə əsasən seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının 10.06.1997-ci il tarixli Qanununun 93-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.
Amma Vasif Talıbovun kadrlarına Konstitusiyanın tələbləri keçərli deyilmiş.
Çünki Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 44-cü maddəsinin VI bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
Aşağıda adlarını qeyd edəcəyimiz hakimlərin iş təcrübəsi 5 il yox, 4 il hesablanıb. Onlar hakim təyin edilərkən Konstitusiyanın tələbinə əsasən hüquqşünas ixtisası üzrə 5 il iş təcrübəsinə malik olmalı idilər.
Bu barədə vahid məhkəmə portalında da məlumat əldə etmək mümkündür.
Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin sədri Məmmədov Hüseyn Məmməd oğlu Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini 2000-ci ildə bitirib. Amma 2003-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilib.
Naxçıvan MR Hərbi Məhkəməsinin sədri Həsənov Polad Vəli oğlu isə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin 2005-ci ildə bitirib. Cəmi 3 il sonra Culfa Rayon Məhkəməsinə hakim təyin edilib.
Naxçıvan Şəhər Məhkəməsinin sədri Məmmədov Qabil Neymət oğlu da Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsi 2000-ci ildə bitirib. 2003-cü ildə Şərur Rayon Məhkəməsinin hakimi təyin olunub.
Culfa Rayon Məhkəməsinin sədri Məmmədov Mehrab Fərmayıl oğlu 2010-cu ildə hüquq fakültəsini bitirib. 2013-cü ildə hakim olub.
Qeyd edək ki, bütün bu məlumatlar vahid məhkəmə portalında yer alır



Hakim olmaq istəyənlərin nəzərinə - Bu tələb ləğv edilir
Bu hakimlər üçün yaş məhdudiyyəti ləğv olundu
Naxçıvana yeni baş nazir təyin olundu
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Yavər Hacıyev direktor təyin olundu - SƏRƏNCAM
Vasif Talıbovun daha bir vəzifəsi əlindən alındı
Nazirlər Kabineti istefa verdi
Vasif Talıbovdan yeni rəis təyinatı
Vasif Talıbovun oğlu vəzifəsindən azad olunub?
Talıbovdan sonra Naxçıvana kim rəhbərlik edəcək?
Naxçıvan Ali Məclisi də buraxılacaq?
Vasif Talıbov Zakari Qrosla görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 