Azərbaycanda bütövlükdə taksi xidmətlərində keyfiyyətin, eyni zamanda təhlükəsizliyin tənzimlənməsi çox vacibdir.
ONN media xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib."Taksi şirkətlərinin keyfiyyətli xidmət göstərməsi, həmçinin taksi xidmətindən istifadə edən vətəndaşlarımızın təhlükəsizliyi çox önəmlidir.
Yəni, çoxlu sayda faktlar var ki, son illər taksi sürücülərinin sərnişinlərlə münasibətlərində kobudluq müşahidə olunur. Hətta bəzi hallarda ailələr taksi xidmətindən istifadə etməyə tərəddüd edirlər. Ona görə də, xüsusilə keyfiyyətin və sərnişinlərin təhlükəsizliyinin, sərnişinlərlə davranış qaydalarının tənzimlənməsinə ehtiyac var".
İqtisadçı həmçinin deyib ki, bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin addımlar atması olduqca vacibdir:"İnkişaf etmiş ölkələrdə olduğu kimi taksi xidmətləri həm yüksək keyfiyyət, həm də sərnişinlərin təhlükəsizliyini qorumaqla həyata keçirilməlidir. Ona görə düşünürəm ki, bu istiqamətdə məhz tənzimlənən mexanizmlərdən istifadə olunması, yeni qaydaların, mexanizmlərin, xüsusən də keyfiyyətin artırılmasını və sərnişinlərə münasibətdə sivil metodlardan istifadə edilməsi ilə bağlı hətta təlimlərin keçirilməsinə ehtiyac var. Çünki bu sektorda keyfiyyət baxımından dəyişikliklərin olması üçün vacibdir"//axar.az



Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur
Bakının bu ərazisində taksi duracaqları yaradıldı
“Uber” və “Bolt”un daha 11 sürücüsü narkokuryerlik etdikləri üçün saxlanılıb
Taksi xidmətlərinin qiyməti iki dəfəyə yaxın artdı - SƏBƏB?
Taksilər bahalaşdı: BNA -dan ŞOK TAPŞIRIQ
Bakıda taksi xidmətləri kəskin bahalaşdı
65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb
Rusiyada taksi sürücülərinin dörddə üçü sentyabrın 1-dən işini itirəcək
Azərbaycanda buna görə taksi qıtlığı olacaq?
“Uber” və “Bolt”un xanımlara sataşan sürücüləri saxlanıldı
Taksidə qazla işləyən maşınlara icazə veriləcək?
Taksilərdə qiymət artımı olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 