Xəbər verdiyimiz kimi, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün taksi xidmətləri ilə bağlı önəmli açıqlamalar verib. Nazir qeyd edib ki, ölkədə taksi qiymətləri artacaq. Bəs taksi qiymətlərinin artması ictimai nəqliyyata necə təsir göstərəcək?
ONN media xəbər verir ki, məsələ ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, hazırda ictimai nəqliyyatın vəziyyəti ürəkaçan deyil. Əgər ictimai nəqliyyat inkişaf etsə, taksi sifarişlərinin, şəxsi avtomobillərin sayı azalacaq:
"Həmişə sual olunur ki, tıxacın qarşısını necə almaq olar? Biz də dəfələrlə demişik ki, yeganə həll yolu ictimai nəqliyyatın inkişafıdır. Bu gün ictimai nəqliyyat buna hazırdırmı? Buna cavab vermək çətindir. Hazırda metroda sıxlıqdır, avtobusların sayı kifayət qədər deyil, stansiyaların azlığı, intervalların pozulması da əsas problemlərdən biridir. Bu barədə düşünmək lazımdır. Dövlət daşıyıcı şirkətlərə dəstək olsa, müəyyən həll variantlarına baxmaq olar. Taksilərə tələbatın artmasının kökündə ictimai nəqliyyatın bərbad vəziyyətə düşməsi dayanır. Metro xətlərini genişləndirmək lazımdır".
Ekspertin sözlərinə görə, piyada yollarında da problemlər və təhlükələr var:
"Piyadaların yollarda təhülkəsizliyi təmin edilməlidir. Piyadalar səkidə rahat hərəkət edə bilmir, səkilər zəbt olunub, satılıb. İnsanlar da məcbur 1-2 km yola görə, taksidən istifadə edirlər. Taksinin qiymətinin ucuz olması da burada problem yaradır. İctimai nəqliyyat qaydasında olsa, seçim fərqli olacaq"//metbuat.az



Azərbaycanda buna görə taksi qıtlığı olacaq?
Taksilərlə bağlı daha bir məlumat
Vahid taksi xidməti yaradılacaq? - Nazir müavini açıqladı
Avtobuslarda gediş haqqı 40-50 qəpik olacaq — AÇIQLAMA
Taksi xidmətlərinin qiyməti iki dəfəyə yaxın artdı - SƏBƏB?
Taksi xidməti niyə bahalaşır? - Ekspert
Bakının bu ərazisində taksi duracaqları yaradıldı
Taksilər bahalaşdı: BNA -dan ŞOK TAPŞIRIQ
Bakıda taksi qiymətləri bir gündə 2 dəfə bahalaşdı - VİDEO
Avtobuslarda gediş haqqı 50 qəpik olacaq – İDDİA
Taksi xidmətlərindən istifadə edənlər! – MÜTLƏQ OXUYUN
Taksidə qazla işləyən maşınlara icazə veriləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 