Mobil cihazların qeydiyyatının aparılması Qaydasına dəyişiklik edilib.
ONN media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, qeydiyyat mərkəzi mobil cihazın İMEİ nömrəsinin dəyişdirildiyini və ya surətinin köçürüldüyünü müəyyənləşdirmək məqsədilə abunəçinin mobil (sellülar) nömrəsinin MSİSDN-i və İMSİ barədə məlumatları, o cümlədən əməliyyat növü, başlama və bitmə vaxtı, davamiyyəti, olduğu yer, başlanğıc və son stansiyalar, baza stansiyaların identifikasiya parametrləri və yerləşmələri barədə çağrı qeydiyyat məlumatlarını mobil operatorlardan informasiya sistemləri vasitəsilə onlayn qaydada əldə edəcək.
İMEİ nömrəsi dəyişdirilmiş, habelə surəti bir və ya bir neçə başqa cihaza köçürülmüş mobil cihazı ilk olaraq istifadə etmiş abunəçinin (onun mobil (sellülar) nömrəsinin) müəyyənləşdirilməsi üçün həmin cihazın İMEİ nömrəsi qara səhifəyə daxil edildiyi tarixdən 3 (üç) ay əvvələdək olan dövr üzrə bu Qaydada qeyd olunan məlumatların təhlili aparılacaq.
İndiyə qədər zərurət yarandıqda, qeydiyyat mərkəzi identifikasi (eyniləşdirmə) kodu dəyişdirilmiş mobil cihazların İMEİ nömrələrinin müəyyənləşdirilməsi məqsədi ilə abunəçinin mobil (sellülar) nömrəsinin MSİSDN-i və İMSİ barədə mobil operatorlardan məlumat əldə edirdi.
İMEİ nömrəsi bir və ya bir neçə başqa cihaza köçürülmüş mobil cihazı ilk olaraq istifadə etmiş abunəçinin (onun mobil (sellülar) nömrəsinin) müəyyənləşdirilməsi üçün həmin cihazın İMEİ nömrəsi qara səhifəyə daxil edildiyi tarixdən, bir qayda olaraq, 3 (üç) ay əvvələ qədər olan dövr üzrə bütün mobil operatorlara aid İMEİ, MSİSDN və İMSİ qeydlərinin təhlili aparılırdı.
Həmçinin mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə İMEİ nömrələri MCQS-nin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olacaq//axar.az



Mobil telefonların qeydiyyatı ilə bağlı yeni mexanizm
Mobil cihazların qeydiyyatı ilə bağlı yeni RÜSUMLAR
Mobil telefonlarla bağlı qərar barədə AÇIQLAMA
Mütəxəssislərdən mobil telefonların dezinfeksiyası ilə bağlı TÖVSİYƏLƏR
Xaricdən telefon gətirənlərə ŞAD XƏBƏR
Mobil operatorların üzərinə yeni vəzifə qoyulur
"Netflix" abunəçilərinə ŞAD XƏBƏR
Ölkəyə idxal olunan telefonlar üçün rüsumları buradan öyrənin
Şuşa və Xankəndidə mobil şəbəkəmiz FƏALİYYƏTƏ BAŞLADI
Bu şəxslər əks-göstəriş sertifikatı üçün onlayn müraciət edə biləcək
Bu şəxslərə mobil telefonlardan istifadə qadağan olundu
DGK mobil telefonlarla bağlı əhaliyə müraciət etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 