Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda edilmiş dəyişiklikləri təsdiq edib.
ONN media xəbər verir ki, yenilənmiş qanuna əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumları azaldılıb.
Belə ki, bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün rüsum 20 manatdan 15 manata, bazar qiyməti 100 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 30 manatdan 20 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 50 manatdan 30 manata, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 60 manatdan 40 manata, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər oldan mobil cihazlar üçün rüsum 70 manatdan 50 manata, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 100 manatdan 70 manata, bazar qiyməti 1001 ABŞ dollarından çox olan mobil cihazlar üçün rüsum 150 manatdan 100 manata endirilib.
Yeni rüsumlar 30 gündən sonra qüvvəyə minəcək.



Ölkəyə idxal olunan telefonlar üçün rüsumları buradan öyrənin
Mobil cihazların qeydiyyatı ilə bağlı yeni RÜSUMLAR
Mobil cihazlara tətbiq edilən yeni rüsumlar mağazalarda telefon qiymətlərinə təsir edəcək?
Mobil telefonların yeni qeydiyyat rüsumları belə olacaq - SİYAHI
Azərbaycanda bu rüsum da artırılır
Xaricdən mobil telefon gətirənlərin DİQQƏTİNƏ
Nikahın qeydə alınması və pozulmasına görə olan rüsumlar artırılır
Prezident yeni rüsumlarla bağlı qanunu imzalayıb
Xarici pasportların alınmasına və itirilməsinə görə olan rüsumlar artırılır
Azərbaycanda avtomobil nömrələrinə görə RÜSUMLAR KƏSKİN ARTIR - YENİ MƏBLƏĞLƏR
Azərbaycanda avtomobil nömrələri kəskin bahalaşır - YENİ QİYMƏTLƏR
Bu rüsumlar artırılır - Siyahı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 