Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib.
ONN media xəbər verir ki, idarədən daxil olan müraciətdə deyilir:
"Mövsümlə əlaqədar respublikanın əksər bölgələrində kənd təsərrüfatı fəaliyyətinin nəzərəçarpacaq dərəcədə canlanması avtomobil yollarında bu sahəyə aid texnikanın və daşımaların sayında əhəmiyyətli dərəcədə artıma səbəb olmuşdur.
Lakin təəssüflə qeyd edilməlidir ki, bəzən ayrı-ayrı sürücülər tərəfindən belə daşımaların texniki standartlara uyğun gəlməyən, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə həyata keçirilməsi, eləcə də əkin sahələrində çalışan adamların yük avtomobillərində və traktor qoşqularında daşınması, məhsulun qablaşdırılmadan çəki və ölçü parametrləri aşılmaqla aparılması kimi yol hərəkəti qayda pozuntularına yol verilirir ki, bu da ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.
Bu xüsusda qəzaların qarşısının alınması üçün aqrar sektorda çalışan, eləcə də bu sahədə yük daşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə məhsulun daşınması zamanı nasaz nəqliyyat vasitələrindən istifadə etməmək, qablaşdırmanı düzgün aparmaq, kənd təsərrüfatı texnikasının avtomobil yolu, yaxud əkin sahəsində hərəkət etməsindən asılı olmayaraq sürücüsünün iş və istirahət rejimini nəzarətdə saxlamaq, habelə sərxoş, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşmələrinin qarşısını almaq tövsiyə olunur"//metbuat.az



Yol polisi avtomobili nasaz olan sürücülərə müraciət edib
Bu sürücülər cərimələnəcək – DYP-dən xəbərdarlıq
DYP-dən səyahət turları təşkil edənlərə MÜRACİƏT
Baş nazirdən yeni qərar
DYP-dən avtomobil sahiblərinə və sürücülərə MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT ETDİ
Nazirliyin çağrı mərkəzinə 11074 şəxs müraciət edib
DYP bu sürücülərə müraciət etdi
Nazirliyə məxsus şirkət adını və formasını dəyişir
İnam Kərimova yeni VƏZİFƏ VERİLDİ
Kəndlilər Bakıya kənd təsərrüfatı məhsulları gətirə bilərmi? – ŞƏRTLƏR AÇIQLANDI
Tacikistan prezidentindən orucla bağlı qalmaqallı AÇIQLAMA
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 