İstifadə etdiyimiz qidaların təkcə fiziki sağlamlığa deyil, ruh sağlamlığına da təsir etdiyi öyrənilib. Qısa müddətli xoşbəxtlik təmin edən bəzi qidalar depressiya ilə yanaşı xərçəng, ürək xəstəlikləri, xolesterin, piylənmə kimi xəstəliklərə də səbəb ola bilər. Çində aparılan araşdırmalara görə depressiyaya səbəb olan qidaları təqdim edirik.
ONN media xəbər verir ki, epressiya hətta əsas vəzifələri yerinə yetirməyi çətinləşdirə bilən psixoloji xəxstəlikdir. Depressiyaya səbəb olan bir çox amillər var. Problemlər, zərərli vərdişlər, mövsüm dəyişiklikləri, hormonal dəyişikliklər, xəstəliklər, bəzi dərmanlar kimi faktorlar depressiyaya səbəb ola bilər. Lakin bunlardan əlavə qızardılmış kartofun da depressiya yaratdığı məlum olub.
Çində aparılan araşdırmada 11 il ərzində 140 min 728 adam izlənilib. Qızardılmış qidaların psixi sağlamlığa təsiri araşdırılıb. Müşahidə olunub ki, kartof qızartması tez-tez istehlak edənlər, digərlərinə nisbətən 12 faiz daha çox narahatlıq və 7 faiz daha çox depressiya keçiriblər.
Xüsusilə nişastalı qidalar yüksək temperaturda bişirildikdə zərərli akrilamid maddəsi meydana çıxır. Bu maddə də orqanizm üçün çox zərərlidir. Xüsusilə beyindəki neyronlara təsir göstərir.
Bununla əlaqədar türkiyəli daxili xəstəliklər mütəxəssisi Dr. Ayça Kaya açıqlama verib. O bildirib ki, qidalanmada bu faktı hamilələr xüsusi diqqətdə saxlamalıdırlar. Uşaqları da bu qidalardan uzaq tutmaq lazımdır. Qızardılmış yeməkləri çox sevənlər bişirilmə qaydasına da diqqət etməlidir. Kartofu doğradıqdan sonra bir saat suda isladıb üzərinə limon sıxmaq nişastasını azaldır. Bundan sonra kartofu yağda yüngülcə qızartmaq olar. Dəfələrlə qızdırılmış yağda bişən qızartma yeməklər xüsusilə zərərlidir.



Bu qidalar beynin düşmənidir
Acı sağlamlığa necə təsir edir?
Qidaların rənginə görə faydaları – SİYAHI
İnsanın ölümünü tezləşdirən 10 QİDA - Hamımız İSTİFADƏ EDİRİK
Hər kəsin istifadə etdiyi bu yağlar insanı gənc yaşda öldürür- ŞOK
Bu qidalar beyni məhv edir – UZAQ DURUN
Uşaqlarınıza bu yeməkləri verməyin - Xəbərdarlıq
Bu qidalar beyni məhv edir
Bunlar stress yaradır - SİYAHI
4 gündə beyni sıradan çıxaran və dəhşətli xəstəliklər yaradan QİDALAR
DİQQƏT- Bu qidaları acqarına yemək olmaz
Qızardılmış yeməklərin ziyanı nədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 