Sağlam hesab edilən qidalar belə yanlış zamanda yeyildikdə faydadan çox ziyan verə bilər.
ONN media xəbər verir ki, mütəxəssislər bəzi qidaları acqarına yeməməyi və ya içməməyi məsləhət görürlər.
Həmin qidaları təqdim edirik:
Qəhvə
Günə qəhvə ilə başlamaq, acqarına qəhvə içmək bir çox insanlar üçün gündəlik ritualdır. Ona görə də sadə və ya südlü qəhvə içməyin mədədə turşu istehsalını stimullaşdıraraq həzmsizlik və narahatlıq yarada biləcəyini öyrənmək sizi təəccübləndirə bilər.
Qızartma
Səhərlər kartof qızartması və ya qızardılmış digər qidaları yemək gün ərzində şişkinlik hissi yarada bilər. Bu, mədədə ağırlıq yaradan yüksək yağ tərkibi ilə bağlıdır. Qızartmaları acqarına istehlak etmək həzmsizliyə səbəb olur. Bu cür qidalanma vərdişi səbəbsiz yorğunluq və halsızlıq yaradır.
Sitrus meyvələri
Günə sitrus meyvələrini yeyərək və ya onların şirəsini içərək başlamaq ən pis seçimlərdən biridir. Çünki bu meyvələrdəki turşu reflüks yaradır. Həmçinin sağlam mədədə belə narahatlıq və mədə yanması ilə müşayiət olunur. Bunu vərdiş halına gətirmək isə xoraların yaranmasına gətirib çıxara bilər.
Ədviyyatlı qidalar
Səhər yeməyində həddindən artıq miqdarda ədviyyatlı qidalar istehlak etmək mədənin selikli qişasını qıcıqlandırır. Bu cür qidalar acqarına yeyildikdə həzmsizlik və mədə yanmasına səbəb olur.
Banan
Bir çox insan üçün banan əla qəlyanaltıdır. İş yerində və ya səyahətlərdə acdıqca ən çox yeyilən meyvələr arasında banan ilk sıraları tutur. Ancaq tərkibindəki yüksək maqnezium və kalium səbəbindən bəzi insanlarda narahatlıq yarada bilər. Hər ehtimala qarşı bananı acqarına yemək məsləhət görülmür.
Pomidor
Pomidor da turşu ehtiva edir. Ona görə də mədə-bağırsaq sisteminə mənfi təsir edə bilər. Pomidoru başqa qidalarla, məsələn xiyarla qarışdırıb yemək daha yaxşı seçimdir.



Bu qidaları acqarına qəbul etməyin
Acqarına yeyilməsi narahatlıq doğuran qidalar
DİQQƏT: Bu məhsulları acqarına yemək OLMAZ
Bunlar stress yaradır - SİYAHI
Qaçmaqla arıqlamaq mümkündür?
Acqarına qəhvə içmənin zərərləri
Qəhvə bu hallarda yuxuya səbəb olur - DİQQƏT!
Diqqətli olun, bu, infakrt əmaləti ola bilər
Gündə 3 fincan qəhvə içmək... - YENİ ARAŞDIRMA
Qırmızı ətin faydaları
İki fincan qəhvə içsəniz... - MÖCÜZƏVİ QORUYUCU
Qəhvə və yaşıl çayın İNANILMAZ FAYDASI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 