Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara Teleqram vasitəsilə göndərilən saxta keçidlər barədə xəbərdarlıq edib.
ONN media xəbər verir ki, qurum son günlər Teleqram vasitəsilə vətəndaşlara müxtəlif profillər adından saxta keçidlərin göndərildiyini bəyan edib.
“Həmin keçidə daxil olduqdan sonra vətəndaşdan Teleqramda qeydiyyatdan keçərkən istifadə etdiyi mobil nömrəni daxil etmək tələb olunur. Daha sonra vətəndaşa təsdiqləmə kodu göndərilir. Vətəndaş təsdiqləmə kodunu daxil etdikdən sonra onun Teleqram hesabı və yazışmaları ələ keçirilir. Həmçinin ələ keçirilmiş hesabdan bot kimi istifadə edilərək həmin istifadəçi adından bu mesaj avtomatik olaraq onun Teleqram istifadəçisi olan əlaqələrinə göndərilir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə mesajlara etimad etməməyə çağırır. Vətəndaşlara tövsiyə edilir ki, hər hansı qurum adından bu kimi mesajlar aldıqda, ilk növbədə, əlaqədar qurum vasitəsilə məlumatı dəqiqləşdirsinlər. Həmçinin vətəndaşlara şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını daxil etməmək, onlara göndərilən təsdiqləmə kodunu qarşı tərəfə təqdim etməmək tövsiyə olunur", - deyə açıqlamada qqeyd olunub.



DİQQƏT- Bank adından pullarınızı ala bilərlər
Dələduzlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ
“Bravo” adından saxta mesajlar göndərilir - NAZİRLİK
Saxta lotereya ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Uşaqlı ailələrə 500 manat müavinət veriləcək? - RƏSMİ CAVAB
Bu mesajlara aldanmayın!- XƏBƏRDARLIQ
"BakıKart"dan istifadə edənlərə XƏBƏRDARLIQ
Nazirlikdən “WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ
Vətandaşların DİQQƏTİNƏ! Saxta məktublara aldanmayın...
Sosial şəbəkələrdə saxta iş elanları paylaşılır - Xəbərdarlıq
“Telegram” və “WhatsApp” istifadə edənlərin DİQQƏTİNƏ!
Telefona gələn mesajlarla bağlı XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 