Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti elektron poçt üzərindən həyata keçirilən daha bir “fişinq” kampaniyasını qeydə alıb.
Bu ONN media -ya bu barədə nazirliyə istinadən xəbər verir.
Belə ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə müxtəlif hərbi təlimlərin keçirildiyi bildirilir.
Qeyd olunur ki, həmin təlimləri canlı izləmək üçün Dövlət Mülki Aviasiya Agentliyi Müdafiə Nazirliyi ilə birlikdə “Sarsılmaz qardaşlıq – 2021” proqramını hazırlayıb. Saxta məktubda həmin proqramı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiq etldiyi vurğulanır.
Daha sonra istifadəçidən saxta məktuba əlavə edilən keçidə daxil olması və proqramı yükləməsi istənilir. Həmin keçiddə isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub proqramı yükləyən istifadəçinin cihazı yoluxur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir. Məqsəd müxtəlif sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri zərərli keçidlərə daxil olmağa vadar etməklə cihazlarını yoluxdurmaq və fərdi məlumatlarını ələ keçirməkdir.
Vətəndaşlara tövsiyə olunur ki, bu kimi məlumatlara etimad etməsinlər. İlk öncə fərqli əlaqə vasitələrindən istifadə etməklə məktubun göndərildiyi ünvanı və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlasınlar. Tanımadıqları şəxslərdən göndərilən heç bir keçidə daxil olmasınlar və hər hansı faylı yükləməsinlər.
Bununla yanaşı, e-poçtdan təhlükəsiz istifadəyə dair Elektron Təhlükəsizlik Xidməti tərəfindən hazırlanan təlimatda göstərilən tövsiyələrə əməl etsinlər:
“E-poçtdan təhlükəsiz istifadəyə dair” təlimat: //cert.az/news/2020/elektron-poctdan-tehlukesiz-istifadeye-dair-telima
Vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdiklərində www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.



Azərbaycandan olan “Mail.ru” istifadəçilərinə hücum başladı
Nazirlikdən əhaliyə daha bir XƏBƏRDARLIQ
“Telegram” və “WhatsApp” istifadə edənlərin DİQQƏTİNƏ!
Nazirliyin adından saxta məktublar göndərilir - XƏBƏRDARLIQ
DİQQƏT: Əhaliyə saxta məktublar göndərilir
Nazirlikdən “WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ
Vatsapla bağlı XƏBƏRDARLIQ
“Bravo” adından saxta mesajlar göndərilir - NAZİRLİK
Düşmən yenə təxribata əl atır - VACİB XƏBƏRDARLIQ
Nazirlikdən əhaliyə vacib müraciət - DİQQƏTLİ OLUN!
Dələduzlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Yazışmalarınız ələ keçirilə bilər - Vətəndaşlara xəbərdarlıq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 