Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cəzası azaldılıb.
ONN media xəbər verir ki, bu barədə onun vəkili Rəşad Əliyev məlumat verib.
O bildirib ki, Bakı Apellyasiya Məhkəməsi R.Hacılının barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 34,312-ci (rüşvətə təhrik etmə) maddəsi üzrə bəraət qərarı çıxarıb və onun cəzasını 6 ay azaldıb.
Qeyd edək ki, ittiham aktına görə, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.
Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.



Ramin Hacılının həbsi ilə bağlı daha bir açıqlama
Zakir Sultanovun cəzası azaldılıb
Ramin Hacılı HƏBS EDİLDİ
Arif Hacılının qardaşı koronavirusa yoluxdu
Ata Abdullayev azadlığa çıxmaq istəyir
Falçılıqla məşqul olan şəxsə AĞIR CƏZA VERİLDİ
Ata Abdullayevin şikayəti icraata götürülüb
Tanınmış prodüserdən YENİ XƏBƏR
Cahangir Hacıyev bəraət istədi
Sayt rəhbəri barəsində 3 aylıq həbs qərarı verildi
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 