Azərbaycan Respublikasının ərazisini tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz «siyasi sığınacaq» almalarının təşkil edilməsi faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, No Border Travel Agency MMC-nin rəhbəri Ramin Hacılı, Gəncliyin Elmi-Mədəni İnkişafı ictimai birliyinin sədri Sərdar İsgəndərov, Yes Travel MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, HMH Baku Travel MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.
Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.



Ramin Hacılının cəzası azaldılıb
Ramin Hacılı HƏBS EDİLDİ
İlqar Mustafayevin həbsi ilə bağlı açıqlama
SON DƏQİQƏ: Vəzifəli qadın HƏBS EDİLDİ: 350 minlik mənimsəmə...
Bu kanalın rəhbəri həbs olundu
Bakıda vəzifəli şəxsin şok əməlləri - 54 milyon manatı...
Cinayət işi açılmış MTN generalları ilə bağlı YENİ XƏBƏR
Prokurorluq Yeganə Əmiraslanla bağlı məlumat yaydı
Təbiətə 158 min manatdan çox ziyan vuran şəxslərə cinayət işi açıldı
Külli miqdarda pul mənimsəyən şəxs ƏLƏ KEÇDİ
Azərbaycanda VƏZİFƏLİ ŞƏXSLƏRƏ cinayət işi açıldı
Bakıda bələdiyyə sədri həbs olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 