Elton Con bazar günü öz vətənində son çıxışını edib. Vida konsertinin yeri İngiltərədə keçirilən Qlastonberi Musiqi Festivalı olub.
ONN media xəbər verir ki, Elton Cona festivalın çoxsaylı məkanlarından ən nüfuzlusu – “Pyramid” səhnəsi verilib. Royal arxasında əyləşən musiqiçi özünün bir çox hitlərini ifa edib.
Xatırladaq ki, Elton Con 2018-ci ildən vida konsert turuna başlayıb, lakin COVID-19 pandemiyası ilə əlaqədar fasilə verməli olub.
Ümumilikdə 333 konsert verilməsi planlaşdırılan tur iyulun 8-də Stokholmda başa çatacaq.Yanvar ayının sonuna olan məlumata görə, 278 konsert verilən bu tur tarixdə ən çox gəlir gətirən tur olub. Elton Con həmin vaxt 817,9 milyon dollar toplayıb.
Bu, digər britaniyalı ifaçı Ed Şiranın “The Divide Tour”unu geri qoyub. Həmin turda 776,4 milyon dollar toplanılıb.
Kassa yığımına görə, üçüncü yerdə İrlandiyanın U2 rok kvartetinin “The 360 Tour”u hesab edilir - 736,4 milyon dollar.
Mart ayında “The Sunday Times” Elton Conun vida konsert turundan toplanan vəsaitin 1 milyard dolları keçəcəyini yazıb.



Elton Conun son turdan qazancı 1 milyard dollara çatdı
2019-cu ilin ən çox qazanan musiqiçiləri - Siyahı
Tanınmış müğənniyə ağır itki
Ziya Məmmədovun qardaşı Ramiz Mehdiyevi məhkəməyə verdi
Elton Məmmədova yüksək vəzifə verildi
Polisdən açıqlama - Elton Əliyev...
Ən çox qazanan aktyorlar kimlərdi? - SİYAHI
Cenifer Lopez Türkiyədəki konsetində nə qədər qazandı?
Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi
Reklamdan ən çox qazanan məşhurlar - SİYAHI
Ziya Məmmədovun qardaşına VƏZİFƏ VERİLDİ
Dünyanın ən çox qazanan aktyorları kimlərdir? - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 