Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. ONN media xəbər verir ki, AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə yeni təsis edilən Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu kollektivə təqdim edib. Məlumat üçün bildirək ki, Məmmədov Elton Arzuman oğlu 1954-cü ildə Ucar rayonununda anadan olub. 2007-ci ildə “Maye yanacaqların istilik-fiziki xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2013-cü ildə “Neft sənayesinin ekoloji və texniki problemlərinin nanotexnoloji aspektləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi alıb. Elton Məmmədov 2007-ci ildən AzTU-nun “Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri kimi yerli və beynəlxalq əhəmiyyətli layihələrin müəllifi olub və bu layihələrə rəhbərlik edib. Laboratoriyada Azərbaycanın müxtəlif regionlarından götürülmüş neft məhsullarının və lay sularının intensiv analizi və tədqiqi aparılır. Hazırda AzTU-nun “Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri və “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasının professor olan Elton Məmmədov 56 elmi əsərin, 3 monoqrafiyanın, 1 ixtiranın, eləcə də ali məktəblər üçün 2 dərsliyin müəllifidir. Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı olan Elton Məmmədov 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Ailəlidir, iki övladı var.
Ziya Məmmədovun qardaşına VƏZİFƏ VERİLDİ



Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
Elton Məmmədova yüksək vəzifə verildi
Ziya Məmmədovun qardaşı Ramiz Mehdiyevi məhkəməyə verdi
Novruz Məmmədov YENİ İŞ YERİNDƏ
Texniki Universitetinin yeni rektoru kimdir? - DOSYE
Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi
BDU-nun professoru vəfat edib
14 dekabr Xudu Məmmədovun doğum günüdür
AzTV-nin yeni sədri kimdir? – DOSYE
BDU-nun rektoru həyatını itirdi
Ramazan Məmmədov vəzifəsindən azad olundu
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 