İyunun 8-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı guya Azərbaycanın Ermənistanla sərhəddə və Laçın yolunda vəziyyəti gərginləşdirdiyi, güc tətbiqi siyasəti yürütdüyü, Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı etnik təmizləmə həyata keçirmək niyyətində olduğu barədə səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır.
ONN media xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası zamanı səsləndirdiyi iddialara cavabında bildirilib.
Qeyd edilib ki, Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə erməni sakinlərin reinteqrasiyası kimi daxili məsələlərə müdaxilə cəhdlərinə hələ də son qoymaması bu ölkənin bölgədə sülh və sabitlikdə maraqlı olmadığını göstərir:
"Misal olaraq, Ermənistan Təhlükəsizlik Şurasının katibinə xatırladırıq ki, Ermənistan Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq hələ də çıxarmayıb və bu qüvvələrin Azərbaycan ərazisində mövcudluğu beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozuntusu olmaqla yanaşı, ciddi təhdid mənbəyidir. Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsi bir daha göstərir ki, Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub".
"Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edirik", - XİN-in yaydığı məlumatda bildirilib



Armen Qriqoryan Xankəndiyə gəldi- BAKIDAN REAKSİYA
KTMT TŞ İrəvana niyə toplaşır?
Azərbaycan XİN Paşinyana cavab verib
Azərbaycan XİN-dən Qriqoryanın fikirlərinə REAKSİYA
Rəsmi Bakıdan Paşinyana cavab
XİN rəsmi məlumat yaydı
KTMT baş katibi Ermənistana gəldi – NİYƏ?
İrəvandan Zəngəzur dəhlizi açıqlaması
Razılığın əldə olunması yalandır- Hikmət Hacıyev
XİN rəsmi məlumat yaydı
Ağ Evdən Türkiyə-Ermənistan açıqlaması
Qriqoryan İrana getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 