Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
ONN media xəbər verir ki, səfirdən son günlər Daşnaksütun partiyasının və erməni lobbisinin Fransada olan nümayəndələrinin Prezident Emmanuel Makronla görüşü və bu görüşdə dövlət başçısının səsləndirdiyi bəzi fikirlər barədə mətbuatda çıxan açıqlamalarla bağlı izahat verilməsi istənilib.
Səfirin diqqətinə çatdırılıb ki, Fransa tərəfi Makronun adından verilən bu açıqlamalara aydınlıq gətirməlidir.
Belə ki, Daşnaksütun və erməni lobbisinin nümayəndələri mediaya açıqlamalarında Emmanuel Makrona istinadən Kişinyov görüşündən dərhal sonra Fransa Prezidentinin onlara zəng etdiyi, Azərbaycan Prezidentinə təzyiq göstərdiyi və göstərəcəyi, Qarabağ məsələsində Paşinyandan daha fəal olduğu, bu fəallığını daha da artıracağını və s. fikirlər səsləndiriblər.
Səfir cavabında bu məsələdən məlumatsız olduğunu bildirib.Məlumata görə, Azərbaycan tərəfi rəsmi Parisdən Emmanuel Makronun adından verilən bu fikirlərin ya təsdiq, ya da təkzib olunmasını gözləyir.
Təsdiq edildiyi təqdirdə rəsmi Bakı tərəfindən diplomatik müstəvidə müvafiq addımların atılacağı istisna deyil.



Səfir XİN-ə çağırıldı, Fransaya NOTA VERİLDİ
Azərbaycan Fransaya NOTA VERDİ
Bu ölkə Fransa ilə münasibətləri pozdu
XİN Makrona cavab verdi: Azərbaycan Prezidentinə təzyiq cəhdləri heç zaman nəticə verməyib
Azərbaycan səfirindən Makrona TUTARLI CAVAB
SON DƏQİQƏ: Azərbaycan Fransaya nota verdi
Bakı iki fransız diplomatı qovdu - Rəsmi
İlham Əliyev Fransa XİN-in Şərq Tərəfdaşlığı üzrə səfirini qəbul etdi - YENİLƏNDİ
Azərbaycandan Fransaya NOTA
Leyla Abdullayeva etimadnaməsini Makrona təqdim edib
Azərbaycan Fransaya nota verdi – Səfir XİN-ə çağırıldı
Rəsmi Bakı Parisə nota verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 