Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 4-cü nömrəsini nəşr edib.
ONN media xəbər verir ki,bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, jurnalın bu nömrəsində 2023/24-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc edilib. Bu nömrədə həmçinin “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub.
Bakalavrların nəzərinə çatdırılıb ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Jurnalın elektron versiyasını (pdf formatında) 5 iyul 2023-cü il tarixindən DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.Qeyd edək ki, ixtisaslaşma seçimi iyulun 6-dan 13-dək DİM-in internet saytında aparılacaq.



Magistraturaya boş qalan yerlərə qəbul elan edildi
Magistrantların NƏZƏRİNƏ! İxtisaslaşma seçimi başladı
Magistraturaya ixtisaslaşma seçimi cədvəli açıqlandı
Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!
DİQQƏT: Bu gündən ixtisas seçimi başlayır
Abiturientlərin DİQQƏTİNƏ
Ali məktəblərə sənəd verənlərin NƏZƏRİNƏ
Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
DİQQƏT: Magistraturaya ixtisaslaşma seçimi bu gün başa çatır
Magistraturaya qəbul qaydaları açıqlandı
Diqqət! İxtisas seçimi bu gün başa çatır
Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: iyulun 5-dək...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 