Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 4-cü nömrəsini nəşr edib.
Mərkəzdən ONN media-ya verilən məlumata görə, jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.
Bu nömrədə həmçinin Türkiyə Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına 2018/2019-cu tədris ili üçün kursant qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunub.
DİM abituriyentlərin nəzərinə çatdırır ki, 2017-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2018-ci il 2-ci nömrəsində dərc edilib.
Jurnalı Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.



DİQQƏT: Bu gündən ixtisas seçimi başlayır
Ali məktəblərə sənəd verənlərin NƏZƏRİNƏ
Abituriyentlərin DİQQƏTİNƏ
İxtisas seçimi elanı dərc edildi
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Magistraturaya ixtisas seçimi başlayır
Ali məktəblərə ixtisas seçimi başlayır
Abituriyentlərin DİQQƏTİNƏ: müddət uzadıldı
Ali məktəblərə builki tələbə qəbulu qaydaları açıqlandı
33 mindən çox abituriyent ixtisas seçimi edib
Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı
İxtisas seçiminin vaxtı UZADILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 